“Azərişıq” ASC-nin Ağstafa Elektrik Şəbəkəsinin yarıtmaz fəaliyyəti

27.07.2018 - 21:43

Ağstafa Elektrik Şəbəkəsinin rəisi, Vasif İmamverdiyev tabeçiliyində olan işçilərin fəaliyyətinə nəzarəti təmin etmədiyinə və əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliyinin icrasına laqeyd münasibət göstərdiyi üçün”Töhmət” alıb. Yenə də, öz çirkin əməllərindən əl çəkmək istəmir. Qərb RETSİ-nun xidməti ərazisində istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına əməl olunmur.
Mediaxeberleri.az xəbər verir ki, “Azərişıq” ASC-nin Qərb RETSİ- yə daxil olan Ağstafa EŞ-nin rəisi İmamverdiyev Vasif Murğuz oğlu və satış şöbəsinin müdiri vəzifə səlahiyyətlərini aşaraq xidməti ərazidə öz maraqlarına üyğun qanunsuz əməllərlə məşğuldurlar.Bu yaxınlarda Azərbaycanda yaranmış elektrik enerjisi problemi nəticəsində paytaxt Bakıda və bütün rayonlarda elektrik enerjisinin verilişi dayandırılmışdı. Bu isə əhali arasında ciddi təşvişə səbəb oldu. Hadisəyə səbəb kimi Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza göstərilsə də, ancaq sözügedən problemin yaranmasında bəlkə də belə üzdəniraq məmurlar dayanır. Çünki belə kiçik “padşahlar” özlərini elə aparırlar ki, güya bunlara bu hadisənin aidiyyəti yoxdur.
Ağstafa EŞ-nin xidməti ərazisində 2017-ci ildən başlayaraq texniki şərtsiz mağazalar və yeməkxanalar var ki, bunların texniki şərtləri yoxdur. Bizə məlum olan Ağstafa rayonu Xətai kəndi ərazisində “TATAROĞLU” marketin nə sayğacı, nə də ki texniki şərti var… Bunlar bilərəkdən mağazanın işıqlandırma sistemini, marketin arxasında 50-ci illərin sonlarında tikilmiş sonradan, sökülmüş və dağıdılmış Güləbatın Hacıyevaya məxsus çörək sexinin sayğacına qoşmuşlar. Hal- hazırda “TATAROĞLU” marketin işlətdiyi enerji sərfiyyatına görə gələn bildirişlər Güləbatın Hacıyevanın adına gəlir. Hansı ki, bu marketin də bu xanıma heç bir aidiyyəti yoxdur. Maraqlıdır, niyə satışın müdiri bu qanunsuzluğa göz yumur?
Yenə də, Xətai kənd sakini abonent kodu 50299990041 Nağıyev Asifə məxsus “Qönçə Market” texniki şərtsiz və sayğacsız evindən aralı bir məsafədə hansı ki, həyatyanı torpaq sahəsinə aid olmayan bir ərazidə qanunsuz işıqlandırma sisteminə birləşdirilib.Böyük-Kəsik kənd sakini abonent kodu 50299990033 İsayeva Sənubərə məxsus yeməkxana texniki şərtsiz və ev sayğacına qoşulub. Yeməkxana vağzal ərasisində yerləşir. Muğanlı kənd sakini abonent kodu 50299990043 Osmanov Nurəddinə məxsus mağaza da texniki şərtsiz ev sayğacına birləşdirilib. Saloğlu qəsəbə sakini abonent kodu 50299990049 Alıcanov Şərifə məxsus mağaza texniki şərtsiz ev sayğacına birləşdirilib.
Elektrik enerjinin qəfil kəsilməsi ilə ölkədə müxatəlif təxribatlar yaratmaq mümkündür. İstənilən zaman fors-major hadisələr baş verə bilər. Normaldır. Ancaq baş verən hadisə bir ölkənin saatlarla qaranlığa qərq olmasına şərait yaradırsa, bu böyük təhlükədir. Azərbaycan hazırda müharibə şəraitində yaşayan bir ölkədir. Fors-major hallara qarşı ikiqat məsuliyyətli və hazırlıqlı olmalıyıq. Əbəs yerə deyil ki, düşmən Ermənistan rəhbərliyi hər dəfə Azərbaycanı Mingəçevir Su Elektrik Stansiyasını vurmaqla hədələyir. Buna görə də Azərbaycan dövləti Mingəçevir Su Elektrik Stansiyasının və digər strateji obyektlərin təhlükəsizliyinin təmin olunmasına xüsusi əhəmiyyət verir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=121541

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031