Fazil Məmmədov müalicə aldığı xəstəxananı əla keçirdi

07.02.2019 - 00:03

Bu gündən Gəncə Beynəlxalq Xəstəxanası rəsmən Fazil Məmmədovun tabeçiliyinə keçib. Bu barədə son vaxtlar səs küylü araşdırmaları diqqət çəkən jurnalist Cavanşir Həsənli öz facebook səhifəsində məlumat yayıb. Cumhuriyyet. az həmin məlumata istinadən bildirir ki, artıq keçmiş vergilər nazirinə məxsus Sinerji Şirkətlər Qrupu xəstəxananın yeni sahibidir.
Ümumi arayış: Gəncə Beynəlxalq Xəstəxanası 9 Sentyabr 2015 tarixindən fəaliyyətə başlayıb. Beş mərtəbədən ibarət xəstəxananın ümumi sahəsi 11.887 m²-dir. Poliklinika şöbəsi 25 kabinetdən, stasionar şöbə ümumilikdə 56 çarpayıdan, bunlardan 32-i tək nəfərlik (bunlardan 4 junior suit, 2 suit), 9-u iki nəfərlik, 1 ədəd 5 nəfərlik xəstə və 1 çarpayılıq dializ otaqlarından ibarətdir.
Son durumla bağlı cumhuriyyet.az C.Həsənlinin məlumatını olduğu kimi diqqətinizə çatdırır: “İndiyə qədər xəstəxananın Fazil Məmmədova məxsusliğu barədə ehtimallar mövcud olsa, GBX-nın yalnız bu gün “Sinerji” keçməsi rəsmiləşdirilib.
Belə bir ehtimal var, xəstəxana ona bu yaxınlarda əlindən alınan Minskdəki “Buta Butik” hotelinin və daha bir neçə obyektin əvəzində kompensasiya kimi verilib. Hələ də Gəncə Beynəlxalq Hospitalında müalicə alan keşmiş nazirin səhhətində xeyli irəliləyiş var. Xatırladım ki, o, uzun müddət Türkiyədəki “Amerikan Hastahanesi”ndə müalicə alıb, ötən ilin noyabrında Gəncə Beynəlxalq Hospitalına yatırılıb”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126707

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930