Bərdə DYP-nin rəisi rayonu “avtoşlar” üçün məşq bazasına çevrilib – ŞİKAYƏT

28.10.2019 - 13:35

Bir qrup Bərdə sakini Daxili İşlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb. Onlar təzyiqlə üzləşməmək üçün adlarının çəkilməməsini xahiş ediblər. Bununla bağlı cumhuriyyet.az-a  üz tutan Bərdə sakinləri Rayon Dövlət Yol Polis (DYP) bölməsinin rəisi Anar Cəlilovun idarəçilik sistemindən yazıblar. A.Cəlilov bundan əvvəl Tərtərdə yerləşən Şuşa polisində çalışıb. Amma onun gəlişi Bərdə üçün qara gün kimi qeyd olunur.
Bizə ünvanlanan şikayətə keçməzdən öncə, xatırladaq ki, DYP fəaliyyəti ilə bağlı problem o qədər aktual və yayğındır ki, ölkə başçısı İlham Əliyev bir neçə dəfə mövzuya qayıtmış və ən yüksək tribunadan məmurları və onların azğınlaşmış övladlarına xəbərdarlıq etmək zorunda qalıb. Ölkə başçısının müdaxiləsindən sonra paytaxtda “avtoşluqla” məşğul olan məmur balalarına qarşı xüsusi reydlər təşkil olundu və onlar cəzalandırıldı. Amma təəssüf hissiylə qeyd etməliyik ki, problem bölgələrdə hələ də qalmaqdadır. Məsələn, Bərdə rayonunda məmurların və məmur övladlarının qanunsuzluqları sərhəd tanımır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, Bərdə DYP-nin rəisi, mayor Anar Cəlilov vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsi rayonu məmur və məmur balaları üçün “avtoşluq” təcrübələri üçün meydana çevirib. Daxil olan məlumata görə, Bərdə DYP-nin rəisi yerli oliqarxlardan və məmurlardan çəkindiyindən rayonda müntəzəm olaraq yol hərəkəti ilə bağlı ciddi “ÇP”-lər baş verir.
Bərdə Rayon Dövlət Yol Polis (DYP) bölməsinin rəisi Anar Cəlilov 4 ildir bu regionda işləyir. A.Cəlilov bundan əvvəl Tərtərdə yerləşən Şuşa polisində çalışıb. Rayon sakinləri cumhuriiyyet.az-a bildirir ki, hələ o vaxtdan, yəni A.Cəlilovun Şuşa polisində işlədiyi dövrdən Bərdədə kommersiya obyektlərinin olması haqda məlumatlı idilər. Həmin iaşə obyektlərinə DYP rəisinin atası nəzarət edirdi. Bu müəssisələr arasında A.Cəlilova böyük gəlir gətirən sahələrdən biri aqlay sexidir. Bərdədəki aqlay sexinə A.Cəlilov özü nəzarət etməkdədir. Rayon sakinləri cənab Vilayət Eyvazovun operativ reaksiyasını gözləyirlər. Buna səbəb rayonda hökm sürən vəziyyətdir. Son dövrlər Bərdədə avtoxuliqanlıq, özbaşınalıq, sənədsiz avtomobil idarə etmək hallar artıb. Hətta maşınların konstruksiyasına dəyişiklik etmək dəbə minib. Bu isə öz növbəsində A.Cəlilova gəlir gətirir. Avtomobillərin arxa və ön hissələrini qaldırmaq dəbi biznesə çevrilib və rəisi “görən”lər konstruksiyaya dəyişiklik edə bilirlər. Eləcə də “Şaqman” yük maşınlarının sürücüləri , hətta göyərti daşıyan sürücülər də A.Cəlilovla “hesablaşmalıdır”. Halbuki, Bərdə DYP rəisinin vəzifəsi son dövrlər ödənilməyən cərimələr, radarlarla əlaqədar reydlər keçirmək olmalıdır. Amma respublikanın əksər bölgələrində keçirilən reydlər Bərdədən yan keçir. A.Cəlilov MMX cərimələrini ödəməyən sürücüləri “yola verir”. DYP rəisinə ödənilən “cərimə” ilə dövlətə ödəniləcək cərimədən müvəqqəti xilas olan sürücülər arxayınlaşırlar. Sonda xatırladaq ki, bu kimi hallar Bərdə rayonu üçün xarakterikdir və bu belə düşünməyə əsas verir ki, Bərdə DYP-nin rəisi məmur balalrına “əsir düşüb” və onlara “gözün üstə qaşın var” deyə bilmir.
Ziyalılar müraciətin sonunda xahiş edirlər ki, cənab nazir Bərdə DYP-dəki vəziyyəti nəzarətinə götürsün və nazirlikdən xüsusi qrup göndərilsin, araşdırma aparılsın.Bərdədə DYP əməkdaşları tərəfindən sürücülərin yeri gəldi-gəlmədi saxlanması, sənədlərinin əlindən alınması, avtomobillərin cərimə meydançasına aparılması adi hala çevrilib. Hər gün Bərdədə “reyd”ə çıxan yol polis əməkdaşları maşınları dayanma-durma hərəkətini pozma, sağdan ötmə əməliyyatı etmə və s. bəhanələrlərlə saxlayırlar.Nazirə müraciət edən sürücülər bildirirlər ki, Bərdə Bakı kimi böyük şəhər deyil: “Bərdədə bu cür yol hərəkət qaydaları sürücülər tərəfindən nadir hallarda pozulur. Ancaq DYP əməkdaşları günümüzü qara ediblər”. Sürücülər deyirlər ki, onların DYP bölməsinə çağrılaraq “cərimə”lənməsi üçün yeni metodlar ixtira olunub: “Çağırıb deyirlər ki, dünən içkili maşın idarə etmisən, görən olub, bizə məlumat veriblər. Yəni, kiminsə məlumatı əsasında bir gün sonra “paxmel” sürücünü çağırıb “cərimələmək” analoqsuz qanundur. Bu kimi qanunsuz, ağlasığmaz özbaşınalıqlar Anar Cəlilov DYP rəisi təyin olunduqdan sonra başlayıb. Bərdə də açıq-aşkar narazı sürücü “ordusu yetişməkdədir”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135390

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930