Zaqatalada DYP-nin nümunəvi xidməti: əhali razılıq edir

30.10.2019 - 10:30

Ötən il Azərbaycan Polisi yaranmasının 100 ilini qeyd etdi. Bir əsrlik yaşı olan polisimizin qocamanlığı ilə bərabər ildən-ilə yeniləşməsi, çağdaş dövrə uyğun peşə fəaliyyətini təkmilləşdirməsi, beynəlxalq təcrübəni daha dərindən mənimsəməsi, ilbəil peşəkarlaşması göz qabağındadır.
Son 15 ildə Azərbaycanın polis sistemi özünün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır. Cumhuriyyet.az yazır ki, sistemdəki müəyyən neqativlər aradan qaldırılıb, cəmiyyətin polisə münasibətində dəyişikliklər müşahidə olunub, istərsə çevik polis alayı, post patrul xidməti, istərsə yol polisi sistemlərində xoşagəlməz hallara son qoyulub.
Son dövrdə Dövlət Yol Polisi sistemində də çox müsbət irəliləyişlər var. Artıq sürücülərin əsassız saxlanması, cərimələnməsi kimi bəzən baş verən neqativ hallara rast gəlinmir. Bu baxımdan DYP Zaqatala rayon şöbəsinin fəaliyyəti də xüsusi olaraq diqqət çəkir. DYP Zaqatala rayon şöbəsinin rəisi baş leytenant Elgün Əliyevin rəhbərliyi altında rayonda DYP-nin uğurlu və nümunəvi fəaliyyəti həyata keçirilir. Az müddət əvvəl bu posta təyin olunmasına baxmayaraq Elgün müəllim rayonun yol nəqliyyat sistemində ciddi qaydalara nail olmuşdur ki, bu da vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Eyni zamanda avtobus sürücüləri arasında maarifləndirici təbliğat aparılır, sürücülər nizam-intizama dəvət olunur, aşkar qayda pozan, qəza risqinə səbəb olan sürücülər sərt şəkildə cəzalandırılır, sərxoş vəziyyətdə sükanı idarə edənlər sürücülükdən məhrum olunurlar. Bundan başqa, turizm zonası olan Zaqatalada nəqliyyatın hərəkətinin tənzimlənməsi, tıxacların aradan qaldırılmasında DYP əməkdaşlarının böyük əməyi var. Təkcə bu da deyil. Rayon DYP rəisi E.Əliyevin yüksək insani keyfiyyətləri bütün kollektivə sirayət etmişdir. Rayonda Yol polislərimiz yaşlı qadınları, kişiləri, körpəli anaları nəqliyyatın intensiv hərəkəti olan yollardan keçməsinə köməklik edir, insanlıq nümunəsi ortaya qoyurlar. Yol polislərimiz dəfələrlə qəhrəmanlıq edərək insanları ölümdən xilas ediblər. Bu haqda mətbuatda məlumatlar çoxdur. Zaqatalada yol hərəkəti qaydalarının pozulması barədə inzibati xətalar üzrə icraatın təşkili, inzibati tənbehlərin düzgün tətbiq edilməsinin təşkili və bu işə nəzarətin həyata keçirilməsi yüksək səviyyədədir. Elgün müəllimin rəhbərliyi altında yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılması, DYP hissələrinə xidmətlə bağlı əməli köməklik göstərilməsi həvalə olunmuş vəzifələrin icrasına nəzarətin təmin edilməsi istiqamətində irəliləyiş var. DYP əməkdaşları barədə daxil olmuş müraciətlərə baxılması, şikayətlərə səbəb olan neqativ halların qarşısının alınması üçün tədbirlər görülməsi ən yüksək səviyyədə təşkil olunub. Yol polisi bircə saat iş başında olmasa el arasında “avtoş” adlandırdığımız mahir sürücülər, daha doğrusu avtoxuliqanlar yollarda “at oynadar”, heç kim heç kimə yol verməz, tıxacların sayı artar, bir sözlə, yollarda hərcmərclik baş alıb gedər. Əsas vəzifəsi demokratik və hüquqi dövlətin prinsiplərinin, ölkə vətəndaşlarının təhlükəsizliyinin yüksək səviyyədə təminatı, ölkədə sabitliyin davamlı mühafizəsi olan polissiz cəmiyyəti düşünmək özü belə insanda təşviş yaradır.

Musayev Vüqar Rəcəb oğlu, xüsusi olaraq cumhuriyyet.az üçün

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135486

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930