Cəngavər, biznesmen, susqun deputat Azər Kərimlinin

15.06.2020 - 12:27

Deputat Azər Kərimlinin böyük oğlu, 1988-ci il təvəllüdlü İlkin Kərimli bu ilin martından İngiltərədəki LIJARO ASSET MANAGEMENT (UK) LLP-nin şəhmdarları sırasına qatılıb. Cumhuriyyet.az bildirir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Ötən il dekabrın 13-də qeydiyyatdan keçmiş şirkət 31 Maddox Street, London, England, W1S 2PB hüquqi ünvanında yerləşir.
Şirkətin aktivləri siyahısında Waverley Drive, Virginia Water, GU25 4PZ ünvanındakı 4 milyon funt sterlinqlik KINGS COPSE residensiyası da var.
Xatırladım ki, Azər Kərimlinin digər oğlu Fəxri Kərimli də 2018-ci ilin sentyabrın 13-də Londonda KARİMLİ LİMİTED (CARRIMLI LIMITED) şirkətini təsis edib.
Reyestr məlumatlarına görə bu şirkət də daşınmaz əmlak satışı ilə məşğuldur. Qardaşlar 2007-ci ildən ki, Britaniyada yaşayırlar, İlkin İngiltərədəki Vestminster, Fəxri isə Oksford Universitetinin məzunudur. Hər ikisi son illərdə Londonda neft treyderi kimi fəaliyyət göstəriblər.
Azər Kərimli 2000-ci ildən Milli Məclisin deputatıdır, Qax rayonunu təmsil edir, camaat arasında “Parket Azər” kimi tanınıb. Onun adı Qaxda meşə zolaqlarının məhv edilməsində hallanır.

Seçicilərini baykot edən deputat

Azərbaycanın ictimai-siyasi elitasında da populyar olmayan Azər Kərimlinin qısa təqdimatını verək. 112 Saylı Qax seçki dairəsindən mandat alan bu şəxs 200-2005, 2005-2010 və 2010-2015-ci illərdə də Milli Məclisin üzvü olub. 9 fevral seçkilərində də mandat alan bu şəxs millət vəkili olduğu 15 il ərzində  deputat olaraq, fəaliyyəti də heç bir ictimai əhəmiyyətliliyi ilə seçilməyib. Parlamentin sessiyalarının stenoqramlarında Azər Kərimlinin 7 il ərzində çıxış etmədiyi də bəlli olur. Ümumiyyətlə, parlamentin iclaslarına da təsadüf hallarda qatılan bu deputatın fəaliyyəti barədə tək danışılan onun hansısa biznes fəaliyyəti ilə məşğul olmasıdır. Baxmayaraq ki, qanunvericilik deputatın biznes fəaliyyətinə qadağa qoyur. Amma parlamentin əksər üzvləri kimi Azər Kərimli də biznes fəaliyyətini yüksək səviyyədə quranlardandır. Onun həm ölkə daxilində, həm də xaricində bir sıra biznes şəbəkələrinin olduğu bildirilir. Azər Kərimli həm də seçicilərini boykot edən deputatlardandır. Milli Məclis əksər üzvləri kimi təmsil etdiyi rayonun əhalisinin problemlərinə biganədir. Paytaxtdan yüzlərlə kilometr uzaq məsafə olan Qax rayonundan gələn seçilərini belə qəbul eməyən deputat onları rayondakı «köməkçisinə» yönəldib.

Legitimliyi şübhə doğuran deputat necə İtaliya Cəngavəri olub?
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçı qrupunun rəhbəri Azər Kərimli 2012-ci ildə İtaliya Respublikanın “Xidmətlərə görə” Cəngavər ordeni ilə təltif olunub. Sirr deyil ki, başqa ölkələrinin səfirliklərindən fərqli olaraq, İtaliya səfirliyi Azərbaycan mediası və vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıqda maraqlı deyil. Baxmayaraq ki, Avropa İttifaqının əsas dövlətlərindən biri olan İtaliya Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə susmamalıdır. Avropa İttifaqının və Avropa Parlamentinin Azərbaycanla bağlı mövqeyinin müdafiə olunmasında fəallıq göstərməlidir. Amma bunları bir tərəfə qoyub, seçicilərinin hüquqlarını qorumayan, ən azı mandatının legitimliyi şübhə doğuran bir deputata orden vermək yanlış siyasətdir. Məlum tədbirə medianın dəvətli olmaması səbəbindən Azər Kərimlinin cəngavərliyi barədə detallı bilgi əldə etmək üçün cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı maraqlı faktlar əldə etdik. A.Kərimli məhz qoz ağacı biznesini bu ölkəyə daşıyıb və mebel sənayesində istifadə olunur. Qax rayonunda qoz ağaclarının kütləvi qırılması ilə bağlı hamı deputat A.Kərimlinin adını hallandırır. Deyirlər ki, A.Kərimli ağac materialları və mebelqayırma sahəsində biznesmen olaraq Qax rayonu əhalisinin “sağlamlığının keşiyində dayanır”. Onun İtaliya dövləti tərəfindən «Cəngavar» elan olunmasının səbəbi ilə bağlı başqa bir məlumat əldə edə bilmədik. İtaliyanın Azərbaycandakı səfirliyində deputata «cəngəvar» ordeni verilib. Bu da bilgi ala bilmədim. Ona görə də cənab Kərimli özünün cəngavərliyi barədə açıqlama ilə çıxış etməlidir.

Deputatın biznes dünyası

Yuxarıdakı qeydlərdən də göründüyü kimi Azər Kərimli parlamentin biznesmen deputatları sırasındadır. Əslində qanunlara uyarsaq, bir çox deputatların mandatı təhlükə altına düşmüş olacaq. Doğrudur, onların böyük əksəriyyəti əslində özlərinə aid olan biznes strukturlarını yaxınlarının adına keçiriblər. Amma öz adları ilə işgüzar fəaliyyətdə olanlar da yetərincədir ki, bunu müəyyənləşdirmək dövlətin müvafiq qurumları üçün bir an məsələsidir. Azər Kərimli ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda həmçinin bildirilir ki, millət vəkili Qax rayonunda tikdirdiyi şəxsi mülkləri ilə də məşhurdur. Məsələn, bir zamanlar Qaxın İlisu kəndində sovet dövründə salınmış “Füzuli bağı” vardı. Hə, vardı… Çünki indi bu bağın sadəcə adı qalıb. Bağın yanında isə Azər Kərimlinin tikdirdiyi imarət ucalır. Məlumatda həmçinin qeyd olunur ki, Azər Kərimli faktiki olaraq Qax rayonunu idarə edir, hətta rayonun ayrı-ayrı idarə rəhbərlərini də vəzifəyə onun təyin elətdirdiyi və yaxud da vəzifədən çıxartdırdığı bildirilir. Ona görə də Azər Kərimli qoz ağacı soyqırımını rahatlıqla həyata keçirə bilir və bu qoz ağaclarından hazırlanan materialların satıldığı ünvan isə kifayət qədər maraqlıdır. Bu apardığımız araşdırmalardan ilginc faktlar ortaya çıxıb. Aydın olur ki, Azər Kərimlinin şirkətində emal olunmuş, mebel sənayesi üçün qoz ağacından düzəldilmiş lövhələr hansısa kənar ünvana deyil, məhz İtaliyaya göndərilir. İndi deputatımızın İtaliyada nədən CƏNGAVƏR kimi görünməsinin sirri də çözülmüş olur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=148272

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930