Vidadi İsayev ölünü “dirildib” pul qazanır – VİDEO

18.08.2020 - 22:49

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Nəbi Mənsim oğlu Abdullayevə aid “Kəpəz” Korperativinin mülkiyyətini özlərindən saxta sənədlər hazırlayaraq söküb-talayıb. Cumhuriyyet.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında şikayətçi Elşən Mənsimli BRİH-in onlara məxsus torpağı ələ keçirməsi iddiası ilə bağlı açıqlamasına İcra Hakimiyyətinin verdiyi reaksiyadan danışarkən deyib.
İddiaçının sözlərinə görə, İcra Hakimiyyətinin bu sənədlərlə bağlı bəzi saytlara verdiyi açıqlamada göstərilən sənədlər saxtadır. Belə ki, icra rəsmiləri məlumatda göstərib ki, Allahverdiyev Nəbi (şəxsin əsl ad-soyadı isə Nəbi Abdullayevdir) 2008-ci ildə Vergilər İdarəsinə gəlib, öz ərizəsi ilə müəssisənin fəaliyyətini dayandıraraq, ləğv edib.
Elşən Məsimli bildirib ki, atasının soyadı Allahverdiyev deyil, Abdullayev olub və o, 2007-ci il iyun ayının 28-də rəhmətə gedib. “Onlar bu sənədləri yaymaqla bir daha öz saxtakarlıqlarını üzə çıxarmış olub. Yenidən saytlarda həmin hissəni götürüb sadəcə həmin müəssisənin fəaliyyətinin 2008-ci ildə dayandırıldığı yazılıb. Yəni bu vaxta qədər uçotda olub, sonradan ləğv edilib. Əgər həmin şəxs bir il əvvəl ölübsə, bu müəssisə sonradan mərhumun ərizəsi ilə necə ləğv edilə bilər? Bu, icra başçısının saxtakarlıqları, əliuzunluqları, ədalətsizliyi deyilmi ki, hamını belə susdura bilir. Əgər bir insan ölübsə, onun olar-olmaz bir müəssisəsini, mülkiyyətini əlindən almaq bu qədər asandır?”
Qeyd edək ki, bu gün saytlarda Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rayon sakininə məxsus torpaq sahəsini ələ keçirdiyinə dair iddialar yayılıb. Sonradan İcra Hakimiyyətindən açıqlama verilərək, vətəndaşın iddiası təkzib edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152502

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930