Oğlu övladından imtina edən Mikayıl İsmayılov kimdir: qaranlıq keçmiş, gizli əlaqələr, iqtisadi imperatorluq

16.05.2024 - 14:11

Oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə bioloji qohumluğun təyini – atalıq testindən keçməkdən yayınıb.

Bu barədə Musavat.com-a Fidan Abbasova məlumat verib.

Deyib ki, Orxan Mikayıl oğlu İsmayılzadə ona qarşı Xətai Rayon Məhkəməsinə şərəf ləyaqətin və işgüzar nüfuza zərər verilməsinə dair xüsusi ittiham təqdim edib. Orxan Mikayılzadə xüsusi ittiham qaydasında verdiyi şikayətində Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edib. Xətai Rayon Məhkəməsində xüsusi ittihamı araşdıran hakim obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini – atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası(MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub.

FİDAN.jpeg (92 KB)

Bioloji qohumluğun təyini – atalıq testi – DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib.

Fidan Abbasova deyir ki, məhkəmə qərardadı əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə övladı Nili də gətirib. Fidan Abbasova deyib ki, Orxan Mikayılzadə ekspertizanın keçirilməsində iştirak etməyib.

“Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və bu gün Orxan İsmayılzadə ekspertizada iştirak etmədi” – deyə Fidan Abbasova bildirib.

r.

USAQ SON.jpeg (131 KB)

Qeyd edək ki, Fidan Abbasova bir daha ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, Ombudsmana, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib. O, üzləşdiyi qanunsuzluqların aradan qaldırılmasını xahiş edib. Deyib ki, qayınatası Mikayıl İsmayılov onu həbslə hədələyir, tələblərindən əl çəkməsini tələb edir. Onun sözlərinə görə, Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə 2012-ci ilin may ayında faktiki nikahı baş tutub.

Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib:

“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

USAQ YENİ.jpeg (18 KB)

Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:

“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.

Fidan Abbasova deyir ki, hazırda tək ana olaraq qız övladı böyüdür və istəmir ki, övladının atasının kimliyinin qeyd edilməməsi ilə taleyinə ləkə düşsün:

“Axı faktiki olaraq onun atası var. Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil. Özüm hərbçi qızıyam və qardaşım da hazırda ön cəbhədə xidmət edir. Orxan İsmayılzadədən istədiyim tək şey mənim həyatımı puç etməsinə baxmayaraq, övladımın atası olması faktını danmasın və övladımın sənədlərində atasının kimliyi yazılsın. Heç bir Azərbaycan qadını, heç bir azərbaycanlı belə hərəkətlərə layiq deyil”.

Cumhuriyyet.az olaraq Mikayıl İsmayılovun SOCAR rəhbərliyində təmsil olunarkən onun haqqında Made in Azerbaijan -da dərc olunan yazını olduğu kimi diqqətinizə çatdırırıq:

SOCAR-ın “qara kassası”

İlk olaraq ondan başlayaq ki, Mikayıl İsmayılov rəhbərliyində təmsil olunduğu şirkətin “qara kassası” hesab olunur. Kifayət qədər gücə və maliyyə imkanlarına sahib olan Mikayıl İsmayılov SOCAR-ın qaranlıq əməliyyatlarında bütün maliyyə prosesini idarə olunmasına nəzarət edir. Vitse-prezident bu gücü və maliyyə imkanlarını isə fərqli yollarla əldə edib. Belə ki, Babək prospektində yerləşən “General Motors Company” avtomobillərinin satışı ilə məşğul olan “GM” avtosalonunun sahibdir. Bakının Babək prospektində böyük ərazini əhatə edən avtosalonun əsas gəliri SOCAR-a avtomobil satışı və şirkət avtomobillərinə göstərilən servisdir. Məhz bu xidmətlər müqabilində avtosalon və şirkətlərin SOCAR-la aylıq 2 mln. manatlıq müqaviləsi mövcuddur. SOCAR-ın orta və yüksək vəzifəli şəxsləri həmin avtosalondan alınmış “Cadillac”, “Chevrolet” və “Chevrolet pickup”, “Buick” markalı bahalı xidməti maşınlarla təmin olunub. Eyni zamanda Mikayıl İsmayılov SOCAR-ın balansında olan bütün avtomobilləri özünə məxsus yağ firmalarının məhsulları ilə təmin edir. Belə ki, şirkətin balansında olan bütün bu avtomobillərə göstərilən texniki xidmət zamanı “Repsol”, “Dew”, “Ekcellent”, “Maqnium” markalı motor yağlarından istifadə edilməlidir. Mikayıl İsmayılovun birbaşa adının hallanmadığı bir çox şirkətlər də mövcuddur. Bu şirkətlər bütün satınalma qaydalarını pozaraq SOCAR-ın podratçı şirkətlərinə çevriliblər. Bu şirkətlərdən biri “Olerni LTD” şirkətidir. Şirkətin təsisçisi Akif İmanov adlı şəxs olmasına baxmayaraq bütün haqları Mikayıl İsmayılova məxsusdur. SOCAR-ın əsas təchizatçılarından olan şirkətin fəaliyyəti kranların, neft-qaz separatorların, yanğın təhlükəsizliyi sisteminə aid olan köpükqarışdırıcıların istehsalı texniki xidməti və təmirini həyata keçirməkdən ibarətdir. Həmçinin təchizat sahəsində formal rəqabət yaratmaq üçün Mikayıl İsmayılova məxus olan bir digər şirkət “Kapital Motors” da oxşar xidmətləri göstərir.

Şəxsi həyatı

Böyük nüfuza və maliyyə imkanlarına sahib bir çox məmur kimi Mikayıl İsmayılov da şəxsi həyatını rəngarəng etməkdən geri qalmır. SOCAR-ın vitse-prezidenti uzun müddətdir ki, ATV telekanalında aparıcı kimi fəaliyyət göstərən Nanə Ağamalıyeva ilə şəxsi münasibətdədir. Hətta cütlüyün bu münasibətdən bir övladı da dünyaya gəlib və hazırda Türkiyədə yaşayır. 2020-ci ildə pandemiya şəraiti ilə əlaqədar Nanə Ağamalıyevaya diqqət ayıra bilməyən Mikayıl İsmayılov xanım aparıcının könlünü almaq üçün ona “Porşe” markalı avtomobil hədiyyə edib. Mikayıl İsmayılovun sevgi macəraları Nanə Ağamalıyeva ilə də kifayətlənmir. Məlumatlara görə, SOCAR-ın vitse-prezidenti son dövrlərdə Avropada yaşayan məşhur model Validə Abbasovaya aşiqdir. Poeziya və ritorika həvəskarı olması Mikayıl İsmayılovun Nanə Ağamalıyeva və Validə Abbasova kimi xanımlara qarşı meylinin əsas səbəbləridir. Validə Abbasovanın son dövrlərdə sosial şəbəkə hesablarında paylaşdığı lüks həyat yaşamasının təminatçısı da məhz Mikayıl İsmayılovdur. Məlumatlara görə, model xanıma özəl təyyarə ilə uçuşlar təmin edən SOCAR-ın vitse-prezidenti ilə tanışlıq üçün digər modellər arasında ciddi rəqabət mövcuddur. Poeziya və ritorika həvəskarı olması Mikayıl İsmayılovun Nanə Ağamalıyeva və Validə Abbasova kimi xanımlara qarşı meylinin əsas səbəbləridir.

Bizneslər, daşınmaz əmlaklar və villalar

SOCAR-la əlaqəli şirkətləri ilə yanaşı Mikayıl İsmayılovun digər fəaliyyət istiqaməti daşınmaz əmlak sahəsi ilə bağlıdır. Belə ki, Mikayıl İsmayılova məxsus olan və Nizami rayonu, Mikayıl Əliyev prospektində yerləşən iki blok və beş mərtəbədən ibarət olan obyekt neft şirkətində işləyən xarici vətəndaşların burda yaşaması üçün nəzərdə tutulub. Obyektin dəyəri 5 mln. ABŞ dolları olaraq qiymətləndirilir. Türkan qəsəbəsində 3 hektarlıq ərazidə, ailə üzvləri üçün 5 imarət ucaldan SOCAR-ın vitse-prezidenti imarətlərin hər birinə milyonlarla manat xərcləməklə yanaşı, dənizin bir hissəsini də həyətinə əlavə edib. Villada həm yaxtalar üçün liman, həm tennis meydançası və hovuz da mövcuddur. Villa Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin adına rəsmiləşdirib. Eyni zamanda Bakıda bir sıra ticarət obyektləri, villalar, 200-dən çox mənzil, paytaxtın mərkəzində yerləşən “Central Baku” və “Özsüt” restoranlarının da Mikayıl İsmayılova məxus olduğu, qardaşının adına isə Fəvvarələr Meydanı ərazisində çoxsaylı daşınmaz əmlakın olduğu bildirilir.

Mikayıl İsmayılov və “Modern Group”

“Modern Group”-a daxil olan şirkətlərin hamısı, o cümlədən “Az Granata”, geyim firması “Alyans Tekstil”, “Modern Hospital”, avtomibil satışı ilə məşğul olan “Great Motors”, eManat brendi ilə tanınan “Modenis” MMC, təbii və mineral süfrə suyu istehsal edən “Mineral Sular” MMC və digər obyektlərin sahibidir. Mikayıl İsmayılov Kəmaləddin Heydərova məxsus “Jalə” şirələrinə rəqib olaraq “Az Granata” şirkətini yaradıb. Bu rəqabət prinsipial yanaşan Mikayıl İsmayılov, “Jalə”-nin texnoloqlarına daha yüksək məvacib təklif edərək öz şirkətinə cəlb edib.

Onun tapşırğı ilə “Modern groupa” daxil olan “Az Granata” şirkətinin Ağsudakı zavodunun inşası zamanı bir çox insanın torpaqlarına əlindən alınıb. Ağsu və İsmayıllı şəhərləri arasındakı ərazidə yeni torpaq sahələri ələ keçirilərək burada üzümlüklər salınıb. “Modern Group”-a tabe olan adı “Şamaxı Palace” olaraq dəyişdirilən “Şamaxı Rixos” otel və “Şərədil” istirahət mərkəzi isə Mikayıl İsmayılovun ümumi büdcəyə xəyanəti nəticəsində əlindən alınıb.

Bir müddət əvvəl yanğınlarla gündəmə gələn və Bakının Binəqədi rayonu ərazisində yerləşən “Eurohome” tikinti malları bazarının da Mikayıl İsmayılova aid olduğu bildirilir. Qeyd edək ki, bir müddət əvvəl “EuroHome” tikinti materialları bazarının bilinən direktoru Samir Məmmədov həbs olunub. Amma Mikayıl İsmayılovun adı isə bu prosesdə çəkilməyib, ancaq ehtimal olunur ki, yaxın zamanlarda bu məsələ ilə bağlı yenidən gündəmə gələcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200382

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930