Ülvi Quliyevi bitirəcək iddia: özünün və oğlunun siyasi mühacirətlə əlaqəsi – FOTOLAR

21.01.2020 - 08:55

Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev 15 saylı Yasamal 1-ci seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb. Xatırladaq ki Ülvi Quliyev 2015-ci ildə də 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputat seçilib. Ü. Quliyevin adı bu vaxta qədər bir çox qalmaqallarda hallanıb. Belə ki, cumhuriyyet. az olaraq onunla bağlı media üzərindən apardığımız araşdırmalarda ölkədən qanunsuz kürü çıxartmaqdan tutmuş, biznes fəaliyyətinə, MTN-lə ilişkilərə qədər müxtəlif məlumatlara rast gəlindi. Ancaq cumhuriyye.az olaraq indi təqdim edəcəyimiz iddia Ülvi Quliyevin nəinki deputat kimi karyerasına son qoya bilər, hətta onun azadlqda olmasını şübhə altına salar. Belə ki, söhbət Deputat Ülvi Quliyevin dostu, Avropa mühacir müxalifətinin fəallarından biri olan Laçın Məmişovla hazırkı əlaqələrindən gedir. Çünki Ülvi Quliyevlə Laçın Məmişovun arasındakı əlaqələr depuatatın hakimiyyət komandası yanında daha da gözdən düşməsinə səbəb olub.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, Ü.Quliyevin Avropadakı Azərbaycan siyasi mühacirlər arasında özünəməxsusluğu ilə seçilən və radikal müxalifət nümayəndələrindən biri hesab olunan Laçın Məmişovla isti münasibətlər mövcuddur. Məlumatda bildirilir ki, Laçın Məmişov 2000-ci illərin əvvələrində Ülvi Quliyevin yaxın ərtafında yer alıb. Laçın Məmişov, həmçinin Ülvi Quliyevin bəzi biznes layihələrində də iştirak edib. Ülvi Quliyev 2005-ci ildə 21 saylı Nəsimi birinci seçki dairəsindən namizədliyini irəli sürərkən onun seçki qərargahının ən aktiv üzvlərindən biri, bəlkə də birincisi Laçın Məmişov olub. Ölkə mediasında yer alan xəbərlərə istinadən cumhuriyyet.az bildirir ki, Laçın Məmişov 2005-ci ildə Ülvi Quliyevin seçkiqabağı təbliğatı ilə məşğul olmur, həm də seçicilərlə görüşlərində cangüdənliyini edirmiş. Ülvi Quliyevin deputat seçildiyi elan olunduqda isə Laçın Məmişov öz FB səhifəsində Ülvi Quliyevin seçildiyini vurğulayaraq, “dəfələrlə “Allaha şükürlər olsun…” postunu paylaşıb. Daha sonra isə Laçın Məmişov bilinməyən səbəblər üzündən Azərbaycanı tərk edib və siyasi sığınacaq alaraq İsveçrənin Bern şəhərində məskunlaşıb. Hazırda o, Azərbaycan hakimiyyətinin Avropadkı ən radikal müxaliflərindən biri hesab olunur. İsverçərinin de-fakto paytaxtı olan Bern şəhərində Laçın Məmişov kiçik telestudiya quraraq Azərbaycan əleyhinə filmlər çəkir, youtube.com şəbəkəsi vasitəsilə verilişlər yayımlayır. Onun Avropadakı mühacirlərlə bağlı filmi və digər filmləri xeyli vəsait hesabına başa gəlib. Laçın Məmişov həm də digər mühacirlərdən fərqli olaraq Avropada komfort həyat sürür. Onun belə komfort həyatının, çəkdiyi filmlərinin maliyyə qaynağının Ülvi Quliyevə bağlı olduğu ehtimal edilir. Eyni zamanda iddialı məlumatlar arasında Ülvi Quliyevin gənc oğlu Orxan Quluzadənin Avropadakı həyatında da mühacir şəxsin ciddi dəstəyinin olduğu yer alır. Bildirək ki, Orxan Quluzadə Londona, Gardiff Univetsitetinə təhsil üçün gedəndə onun cəmi 17 yaşı vardı. Cəmi 1 il sonra, 18 yaşlı tələbə Orxan artıq atası Ülvi Quliyevin sayəsində həm də Britaniya Krallığında şirkət sahibi idi.
Şirkətə aid sənədlərdə qeyd olunur ki, İngiltərədəki GUANO LİMİTED (qeydiyyat nömrəsi 06353306) 2007-ci ilin avqustun 28-də London apartment 103, Astra house 23-25 Arklow road ünvanında qeydiyyatdan keçib. Təsisçisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 6 ünvanında qeydiyyatda olan 1989-cu il avqust təvəllüdlü Orxan Quluzadədir. Şirkət atası tərəfindən Orxana ad günü hədiyyəsi idi.  Ülvi Quliyev şirkəti idarə etmək üçün Londonda ona Əhməd Xan adlı ortaq da tapır. Əslində bu şəxs o vaxtlar Kəmaləddin Heydərovun Londonun Birkbek Universitetində magistr təhsili alan oğlu Tale Heydərovun Orxan üçün Britaniyada ayarladığı bələdçi idi, 3 il sonra o, direktor vəzifəsindən kənarlaşdırılır və şirkətin katibi təyin olunur.

Görüntünün olası içeriği: gökyüzü

Londonda şirkət sahibi olmaq hələ gömrük komitəsinə rəhbərlik etdiyi vaxtlatdan Kəmaləddin Heydərovun sayəsində dərman biznesində parlayan Ülvi Quliyev üçün təkcə prestij deyildi.
Ülvi Quliyevin oğlunun şirkəti Heydərovun Britaniyadakı şirkətləri üçün əlavə platsdarm kimi əhəmiyyətli idi.

Gardiff Universitetini (illik təhsil haqqı 30 min funta çatır) 4 il ərzində başa vuran Orxan daha iki il London City universitetində (illik təhsil haqqı 13 min funtdan 30 min funta qədər) təhsilinə davam edir. Universitetdə oxuduğu dönəmdə o təkcə şirkət sahibi deyildi, həm Taleh Heydərovun rəhbəri olduğu Azərbaycan Cəmiyyətinin buradakı təmsilçisi, universitetdəki karate klubunun rəhbəri, həm də ZAMİNBANK-ın Londonda Caspian Money pul köçürməsi ilə məşğul olan nümayəndəsi kimi fəaliyyət göstərib.

Fotoğraf açıklaması yok.

Orxan Guluzadə bu ilin yayında, daha konkret desək, iyulun 24-də şirkətin adını dəyişərək UGANO Limited adlandırıb. GUANO, yaxud UGANO fərq etməz, Orxanın yaxın dostlarlna şirkətin adının ailə üzvlərinin adlarının baş hərflərini ifadə etdiyini deyib.
Şirkətin adını dəyişdirməzdən əvvəl isə, yəni bu ilin iyunun 20-də Orxan yaxın dostu Tale Heydərovun yardımı ilə biznesini böyütmək üçün Britaniyanın HAMPSHİRE TRUST BANK-ından ciddi məbləğdə kredit alıb. Ülvi Quliyevin oğlu hələ ilin əvvəlində, daha dəqiqi fevral ayında İngiltərənin daha bir maliyyə şirkətindən – LENDINVEST SECURITY TRUSTEES LIMITED-dən də kredit götürüb.

İngiltərədəki və Azərbaycandakı biznesi ilə kifayətlənməyən Orxan Quluzadə 2013-cü ildən GUANO LTD-nin fəaliyyətini Rusiya istiqamətində də genişləndirməyə qərar verir və Sankt Peterburqda Türkiyə brendi olan MADO kafe-restoranlar şəbəkəsi yaratmağa başlayır. Sahəsi 300 kvadrat metr olan ilk restoranını şəhərin Nevski prospekti 124-də, Vosstaniya meydanı yanında açan Orxan o zaman “Деловой Петербург” ( https://m.dp.ru/a/2013/05/28/Priezd_tureckoj_vipechki )
qəzetinə bildirmişdi ki, növbəti illərdə bu restoranların sayı onlarla olacaq. Qəzetin məlumatına görə, oliqarx deputatın oğlu təkcə bu restorana 700 min dollar vəsait yatırır. Mebellər, ərzaq, şirniyyat Türkiyədən gətirilir. Tezliklə Orxan Peterburqun Suvorovsk prospekti 17 ünvanında ikinci restoranla bağlı layihəsini də reallaşdırır.
Sən saydığını say, gör fələk nə sayır, “Mado” brendini peterburqlulara sevdirə bilməyən Orxanın üst-üstə 1 milyon dollardan baha başa gələn layihəsi 2015-ci ildə iflasa uğrayır ( https://m.dp.ru/a/2015/07/14/Tureckaja_set_kafe_Mado_u ).
“Mado restoranları bağlanır, onları “XOÇU KEBAB” restoranları əvəzləyir. Deputatın oğlu yenidən “investisiya kisəsini” açır, bu dəfə Vosstaniya meydanı və Suvorovsk prospekti 17-də (Çernışevskaya metrosunun çıxışı) peterburqlulara kabab təklif edir.

Fotoğraf açıklaması yok.

Daha sonra “Xoçu Kebab” və “Xoçu Şaşlık” adı ilə Sankt Peterburqun Zaqorodnıy prospekt 12, Komsomol küçəsi 13, Marat küçəsi 10-12, Sadovaya 44, Bolşaya Puşkarskaya 27 ünvanlarında daha bir neçə restoran fəaliyyətə başlayır.

Restoran biznesi ilə yanaşı Orxan Quluzadə Peterburqda növbəti biznes layihəsinə baş vurub və 2018-ci ilin okyyabrında 10 min rubl nizamnamə kapitalı ilə burada NEO GROUP LTD ticarət şirkətini (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “НЕО ГРУП”) qeydiyyatdan keçirib. Lakin ötən ayın 18-də şirkətin bağlanması üçün Peterburqun vergilər idarəsinə müraciət edib.

Fotoğraf açıklaması yok.

Təkcə ölkə xaricində deyil, elə Azərbaycanda da Ülvi Quliyevin biznesini oğlu idarə edir. Bu barədə ayrıca…

Deputat Ülvi Quliyev bu sənədlərlə və faktlarla bağlı ona ünvanladığım sualları oxusa da susdu.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141120

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Yan    
 12
3456789
10111213141516
17181920212223
242526272829