Sahil Babayevin kadr siyasətinin gizlinləri

11.06.2020 - 01:41

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin kadr siyasəti, əlillərin müavinətinin müxtəlif bəhanələrlə kəsilməsi, Ünvanlı Sosial Yardım (ÜSY) alan yoxsul ailələrə maliyyə dəstəyinin dayandırılması, özünəməşğulluq proqramı üzrə vətəndaşlara xəstə heyvanların verilməsi və s. çatışmazlıqlar xalq tərəfindən narazılıqla qarşılanır. Nazir Sahil Babayev “fəaliyyətini” analoq konsepsiyalarla, pafoslu çıxışlarla və piar çalışmaları ilə ört-basdır etməyə çalışır. Lakin, o öz itirilmir reputasiyasını bərpa edə bilmir. Ən çox narazılıq yaradan hallardan biri də, onun apardığı kadr islahatlarıdır.
Sahil Babayev nazir təyin edildikdən sonra vaxtı ilə birlikdə təhsil aldığı və bir yerdə çalışdığı dostlarını, qohumlarını, biznes sahəsindən tanıdığı və ölkənin nüfuzlu məmurlarının qohumlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yüksək vəzifələrə təyin edir. ƏƏSMN yanında DOST agentliyinin tabeliyində fəaliyyət göstərən “Dost İş Mərkəzi” MMC-nin rəhbəri Niyazi Süleyman oğlu Rəhimov da Sahil Babayevin dostlarından biridir.
Nazirlikdəki mənbə cumhuriyyet.az-a bildir ki, S. Babayev heç kimə və heç nəyə məhəl qoymur. O, İqtisadiyyat Nazirliyindən və biznes sektorundan gətirdiyi kadrları müxtəlif daxili müsabiqələrlə hissə-hissə dövlət qulluğuna qəbul etdirir. Nazirlikdə uzun illər çalışan peşəkar mütəxəssislər sıxışdırılaraq işdən çıxarılır. Köhnədən qalma kadrların bir hissəsi isə aşağı vəzifələrə keçirilir və onlar qul kimi istismar olunur.
Hazırda Sahil Babayevin dostlarının təqdimatı ilə ƏƏSMN-də vəzifə gözləyən xeyli şəxs var: “Onların bəzilərinin təqdimatçıları qədər, özlərinin də tərcümeyi-halı maraqlıdır. Kadr məsələləri elə bir hal alıb ki, nazirin dostları da, özləri ilə öz yaxınlarını nazirlikdə yüksək vəzifələrə gətirir. Babayevin maraqlı təyinatlarından biri də 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi ilə bağlıdır. Sahil Babayev Niyazi Rəhimovu yüksək vəzifəyə təyin etməklə kifayətlənməyib, onun qardaşı Ayaz Süleyman oğlu Rəhimovu da nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində işlə təmin edib. Belə ki, Ayaz Rəhimov 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi təyin olunub.
Rəhimov qardaşları ölkədə sertvikat makleri kimi tanınır. Niyazi Rəhimov 2006-cı ildən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Aparat rəhbərinin müavini vəzifəsində çalışıb. 2016-cı ildən isə əlavə iş yeri kimi Standartlaşdırma və Sertvikatlaşdırma İnstituna rəhbər təyin olunub. O, qardaşı Ayaz Rəhimovunda 2012-ci ildən Komitəninnin Gəncə Ərazi İdarəsində müvafiq işlə təmin olunmasına kömək edib. Belə ki, A.Rəhimov 23 aprel 2012-ci il tarixdən müddətli əmək müqaviləsi ilə dövlət qulluğu imtahanlarından keçmədən Komitənin strukturlarında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Rəhimov qardaşları söz sahibi olub və bu sahədə biznes qurublar.
“Aqrosert” Məhdud Məsuliyyətli Cəmiyyəti Rəhimov qardaşların sertivikatlaşma sahəsində qurduqları biznes subyektlərindən biridir. Həmin Cəmiyyət qardaşların gizlinlərinin sirrini açır. Ayaz Rəhimov 31 mart 2018-ci il tarixdən Cəmiyyətin direktoru təyin olunub. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 29 sentyabr 2018-ci il tarixə qədər cəmiyyətə rəhbərlik edib. 29 sentyabr 2018-ci il tarixdən əmək müqaviləsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildiriş üzrə Elektron İnformasiya Sistemində qeydiyyata alınıb. 26 dekabr 2018-ci il tarixdən isə əmək müqaviləsinə xitam verilib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan digər maraqlı məqam odur ki, Ayaz Rəhimovun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan əsaslarla və qaydalarla xitam verilməyib. Onun əmək müqaviləsinə “Dövlət Qulluğu Haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1 maddəsinə görə xitam verilib. Bu hal ciddi qanun pozuntusudur və inzibati məsuliyyətə səbəb olur. Əmək qanunvericiliyi sahəsində bu qədər məlumatsız olan birinin əmək qanunvericiliyinə dövlət nəzarəti həyata keçirən dövlət orqanında rəhbər vəzifə tutması Sahil Babayevin kadr siyasətinin səviyyəsini göstərir. Başqa bir ehtimal var ki, Rəhimov qardaşları əvvəlki tarixə A.Rəhimovu rəhbər vəzifəyə təyin etməklə və dövlət qulluğu haqqında qanunvericiliyə əsaslanaraq əmək müqaviləsinə xitam verməklə nazir Sahil Babayevi aldadıblar. Onu dövlət qulluqçusu və rəhbər kimi təqdim edərək bu vəzifəyə təyinat alıblar. Daha əvvəllər internet xəbər portallarında ilxıçının, naxırçının və qatırçının Dövlət Əmək Müfəttişliyi Xidmətində mühüm vəzifəyə qəbul olunmasının şahidi olduq. Görünən odur ki, Sahil Babayevə ölkə qanunvericiliyini pozmaq üçün müstəsna səlahiyyətlər verilib. Nazir Sahil Babayevin təyinatları arasında separatçıların qohumları, prezidentə və hakimiyyətə qarşı xəyanət edənlərin övladları, avtoxuliqanlıq edənlər, digər dövlət orqanlarından rüşvətə və korrupsiyaya görə qovulanlar və sair

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=148107

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930