Cavanşir Feyziyevin şirkətinin “koronavirus” biznesi: rəqiblər sıradan çıxarılır

07.07.2020 - 00:28

“Avromed” şirkəti yaranmış durumdan istifadə edərək rəqib aptekləri sıradan çıxarmağa çalışır. Belə bir iddia ilə Mingəçevirdə fəaliyyət göstərən bir neçə əczaçı çıxış edib. Hurriyyet.org-un xəbərinə görə, aptek işçiləri deyirlər ki, şirkət koronavirusun müalicəsində istifadə olunan dərmanları onlara satmır: “Tarif Şurası tərəfindən qiyməti tənzimlənən virus əleyhinə arbidol pereparatının distribüteri olan “AvroMed” şirkəti bu pereparatı ancaq öz doktalarına (apteklərinə-red) verir.
Bizim kimi lisenziyası olan apteklərin sifarişini, depoda yoxdur deyə geri çevirirlər. Ancaq hamımız bilirik ki, öz doktalarına əlaltdan bu pereperatı sifariş əsasında ötürür. Sadəcə olaraq bizim doktalardan fərqimiz odur ki, onlar bütün dərmanları nağd satırlar, biz isə depoya nağd ödəniş etsək də, imkansız xəstələrimizə maaş, pensiya vaxtı hissə-hissə ödəmələrinə razılaşaraq nisyə veririk. Yəni, bir sözlə, Tarif Şurasının qoyduğu qiymətə satsaq da, imkansız insanlarımızı geri çevirmirik.
Son günlər dəfələrlə bu pereparat üçün kifayət qədər xəstə müraciət edib, ancaq depo sifarişimizi qəbul etmədiyi üçün yoxdur deməyə məcbur olmuşuq”. Əczaçılar deyirlər ki, “Avromed” arbidolu həm də özəl klinikalara topdan baha qiymətə satır: “Dövlət tərəfindən 7 manat qoyulan qiymət indi 60-150 manat arasında dəyişir. Öz apteklərində bu qiymətə satırlar”. “Avromed”dən suallara yalnız Şəhla Mahmudovanın cavab verə biləcəyi deyilsə də, onun e-mail ünvanına göndərdiyimiz sorğuya cavab verilmədi.
Qeyd edək ki, “Avromed”in sahibi deputat Cavanşir Feyziyevdir. \\AFN

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=149455

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31