Xaçmaz təhsilində marafon“İnqilab”ı:Hesablama palatası üçün pul toplanılır?

04.11.2021 - 14:05

TOPLA VƏ GƏTİR DEYƏNLƏR KİMLƏRDİR?

Mövzuya başlamazdan öncə onu qeyd edimki Xaçmaz Rayon Təhsil Şöbəsinin müdirinin adı İnqilabdır.Lid cümləmizdə istifadə etdiyimiz “İnqilab” sözünün şöbə müdirinin adı ilə olan mütənasibliyinə isə daha sonra toxunacam.
Təhsil müəssisələrindəki qanunsuz pul toplama marafonları barədə dəfələrlə bəhs etmişik.Bu artıq adətə çevrilmiş və qabullanmış bir rüşvət növü hesab edilir.Kim buna görə cəza görübki?
Valideynlər də təhsil ocaqlarının bu tələblərini məcburiyyət qarşılığında qabul edir və səsisz-səmirsiz riayət edir.Çünki bilirlərki tələb olunan pulu verməsələr məktəbdə onların övladlarına qarşı xoşagəlməz bir münasibət formalaşa bilər.
Qayıdaq bəhs etmək istədiyimiz “İnqilab”məsələsinə.Xaçmaza.
Qeyd edək ki,bir müddət bundan əvvəl Hesablama palatası 2 saylı Maliyyə Hesablaşma Mərkəzində auditi yoxlamalara başlayıb.Dövlətin ən ali maliyyə nəzarəti orqanın başladığı bu yoxlamalar rayonda yerləşən təhsil müəssisələrinədə öz “təsir”ini göstərib.Yoxlamalarla paralel olaraq məktəblərdə də pul toplama marafonları strat götürüb.Etibarlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə Xaçmazda Hesablama Palatasının aparmış olduğu bu yoxlamalardan “təmiz”çıxmaq üçün hər məktəbə müəyyən məbləğdə pul toplayıb gətirmək tapşırılıb.Vəziyyət elə həddə gəlib çatıbki bu proses rayonda böyük bir səs-küy və rezans yaradıb.Artıq pedaqoji kolliktivin bir neçə üzvü bu barədə təmsil olunduğu sosial şəbəkə platformalarında belə açıq şəkildə etiraz etməyə başlayıb.

Elə bil yağışdan çıxıb yağmura düşmüşük.Üzümüz qalmıyıb da.Təhsil qalıb kənarda.Elə bil bazardı.İldə bir dəfə iki dəfə olanda yenə problem olmur.Hərə bir ağızdan ehham vurur.Ver.gətir.
Hesablama Palatası kimi bir dövlət qrumunun adından istifadə edilərək həyata keçirilən belə marafonların aparılması isə olduqca maraqlıdır.Görəsən bu qrumun Xaçmaza göndərdiyi audit qrupunun Rayon Təhsil şöbəsinin qarşısında hansısa bir “tələb”i olubmu?Olubsa bu tələb hansı nöksanlara və çatışmazlıqlara göz yumulmaq üçün nəzərə alınıb?Əyər belə bir tələb olmuyubsa bəs Rayon Təhsil Şöbəsi belə bir cəsarəti hardan tapıb?
Qeyd edimki Rayon Təhsil Şöbəsinə uzun illər rəhbərlik etmiş Mədinə Nurməmmədova bu il vəzifədən azad edilərək yerinə İnqilab Musayev adlı şəxs təyin edilib.O əvvəllər Xaçmazın Köhnə Xaçmaz kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.Çalışdığı məktəb həm təhsilin keyfiyyəti həmdə digər məqamlara görə rayonda ən nümunəvi təhsil ocaqlarından biri olub.Onun rayon təhsilinin başına gətirilməsinin əsas səbəblərindən biri də bu olub.Amma nədənsə hamı onun rayon təhsilində müsbətə doğru bir inqilab edəcəyini gözlədiyi halda baş verən bütün proseslər məyusluq doğurub.
Xaçmaz şəhər 7 saylı orta məktəbi bir neçə il bundan öncə yenidən inşa edilib.Amma cari tədris ilinin başlamasından sonra hər şagirddən 10 manat təmir pulu toplanılıb.Bundan başqa bu təhsil ocağında yazı taxtası üçün 3 manat həmçinin süpürgə pulundan tutmuş summativ puluna qədər müxtəlif məqsədlərlə vəsait toplanılıb.
Rayonun Çarxı kənd orta məktəbində də vəziyyət fərqli deyil.Hesablama palatasının yoxlamaları üçün məktəbin pedaqoji kollektivindən müxtəlif məbləğlərdə pul toplanılıb.Direktor Ruhiyyə Mustafazadənin cumhuriyyet.az-a məsələ ilə bağlı açıqlaması isə bu oldu:”Biz heç bir pul-mul yığıb eleməmişik”
Şəhərin bütün təhsil müəssisələri,həmçinin kənd məktəblərində da oxşar proseslər mövcuddur.Yergüc kənd orta məktəbini də dəqiqliklə misal çəkə bilərik.Hələlik bu qədər.
Növbəti sayımızda daha dəqiq və isbatlı faktlar barədə geniş bəhs edəcəyik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168077

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930