Zqqatalada şəhid ailəsinə sayğısızlıq: həkim şəhid xanımına hücum çəkdi

27.11.2019 - 10:48

Zaqatala Rayon Mərkəzi Rayon Xəstəxanasında yaşanan acınacaqlı durumun bu gün əksər mətbu orqanların toxunduğu mövzulardan biridir. Ölkə mediası rayonun səhiyyəsində hökm sürən acınacaqlı durum barədə bir neçə dəfə tənqidi açıqlamalar dərc edib. Hətta, aidiyyəti qurumları baş verənlərlə bağlı məlumatlandırmışıq ki, bəlkə Məcid Əliyevin rəhbərlik etdiyi sahədə “haqq-ədaləti” bərpa etmək mümkün oldu. Amma atalar demişkən, “sən saydığını say, gör fələk nə sayır” deyimi, zaman keçdikcə öz təsdiqini tapmağa başladı. Yəni, Zaqatala səhiyyəsinə rəhbərlik edən baş həkim, bu sahədə az-çox qayda-qanunu bərpa etmək əvəzinə, yenə də “feodal dövrü”ndən qalma idarəçiliyini tətbiq etməyə üstünlük verməkdədir…
Məlumur ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də qiyməti müzakirə mövzusu olaraq hər zaman diqqət mərkəzindədir. Bu səhiyyə ocaqlarında mövcud olan qiymətlərdən danışmaqla artıq heç kəsi təəccübləndirmək olmaz. Başqa sözlə desək, Azərbaycanda dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunların olmasına baxmayaraq, hər bir poliklinika və ya xəstəxananın da bundan başqa özünün yazılmamış qanunları mövcuddur. Həm də xüsusilə pul mövzusuna gəlincə, bu qanunlara əksər hallarda daha böyük dəqiqliklə əməl olunur. İki gün öncə Zaqatala rayon Mərkəzi Xəstəxanasının doğum evində baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumat isə xüsusilə ilgincdir. Məlumata görə doğum evinə müraciət edən Fidan adlı xəstə keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Əməliyyatdan 3 gün sonra evə buraxılan xəstədə ciddi ağrılar və fəsadlar meydana gəlib. Xəstə yenidən doğum evinə gətirilib. Bu zaman doğum evinin Nərgiz adlı həkimi ilə xəstənin qaynanası arasında qalmaqal baş verib. Belə ki, Qarabağ şəhidi Bayram Səfərovun həyat yoldaşı olan Çimnaz xanım gəlinindən narahatlıq ifadə etdikdə Nərgiz həkim ona sərt cavab verib: “Şəhid ailəsisiz deyib pul da vermirsiz, amma bizdən xidmət tələb edirsiz. Nə olsun ki, şəhid ailəsisiz? Biz də şöbə müdirinə pul veririk, heç nə havayı deyil”. Xəstənin yaxınlarının cumhuriyyet.az-a verdiyi məlumata görə həkim xəstə yaxınlarının üzərinə hücum çəkib və onları təhqir edib.
Zaqatala rayonu Mərkəzi Xəstəxanasının doğum evininin fəaliyyətinin qənaətbəxş olmaması və əhalidən tələb olunan rüşvətin həddən ziyadə yüksək olmasından bəhs edəcəyik. Sözü keçən doğum evinə üz tutan sakinlər burada əsl bazar qanunlarının hökm sürdüyünü deyir.
Mənbənin bu barədə cumhuriyyet.az-a verdiyi məlumatlarda göstərilir ki, burda ayrı-ayrı xidmətlərə xüsusi qiymət qoyulub. Məsələn, bildirilir ki, qeyserlə doğuş 600-700 manat, sərbəst doğuş isə 300-500 manata başa gəlir. Bu da əhalinin haqqlı olaraq narazılığına səbəb olur. Bütün bu prosesin başında isə baş həkimin durduğu bildirilir. Baş həkim Xatirə doktorun yuxarılara təqdim etdiyi süni hesabatlardan fərqli olaraq doğum evində rüşvət tüğyan edir. Lap bu günlərdə xəstəxanaya müraciət edən bir vətəndaş doğum prosesi üçün 500 manatödədiyini bildirir. Bütün bu proses isə heç şübhəsiz Zaqatala rayonu Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Rəna Sultanova tərəfindən həyata keçirilir. Bununla bağlı internet üzərindən apardığımız araşdırmalarda maraqlı bir fakta rast gəldik. Belə ki bir müddət öncə Zaqatalada doğum evinin giriş hissəsində yerlesdirilen elan medianın diqqətinə gəlmişdi.Həmin elanda doğum şöbəsinə üz tutan xəstələrə müəyyən dərman və tibbi ləvəzımatları özləri ilə gətirməyin vacib olduğu bildirilirdi. Xəstələrə özünü tibb işçısı kimi təqdim edən xanım məlumatın baş həkimin tapşırığı əsasında divara vurulduğunu deyirdi: “Əlbəttə baş həkim deyib, o deməsə bunu vurmağa kimin ixtiyarı var?”. Düzdür məsələ ictimailəşdirildikdən sonra həmin kağız parçası vurulduğu yerdən götürülüb. Amma fakt faktlığında qalır. Faktiki olaraq isə dövlət tibb şöbəsində hər şey pulludur, rüşvətsiz xəstə qəbul olunmur, övlad dünyaya gətirən ananın həyat yoldaşından, yaxınlarından hər addımdan pul qoparılır. Əgər gecə saatlarında şöbəyə təcili xəstə gətirilsə və doğuş sancıları tutarsa, pul almamış ona baxmırlar. Sakinlər bildirirlər ki, doğum şöbəsində əvvəlcə xəstənin yaxınlarını “doğuzdururlar”, soğan qabığı kimi soyub buraxmayana qədər əl çəkmirlər. Bu da kasıb əhali arasında ciddi narazılıq yaradıb.

Vüqar Rəcəb oğlu, xüsusi olaraq cumhuriyyet.az üçün

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=137322

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930