Daha bir deputatın mandatı ləğv oluna bilər – Biznesi var, ayda 18 min maaş alır – FOTO – VİDEO

19.08.2021 - 16:12
Milli Məclisin daha bir deputatının qanunları kobud şəkildə pozması ilə bağlı məlumat yayılıb.
Bakupost.az xəbər verir ki, 46 saylı Şirvan Seçki Dairəsindən deputat seçilən İltizam Yusifovun böyük biznes fəaliyyəti ilə bağlı faktlar ortaya çıxıb.

Bununla bağlı jurnalist Həbib Müntəzir məlumat paylaşıb:
“İ. Yusifov deputat olana qədər “Shirvan Operating Company ltd” şirkətinin vitse-prezidenti olub və hələ də biznes fəaliyyətini davam etdirir və hər ay 18 min 600 manat maaş alır. Dövlət Sosial Müdafiə Portalından çıxarılan sənəddə qeyd olunur ki, iki neft şirkəti “Shirvan Operating company LTD” və Kayman adalarının “Karasu Operating Company”nin filialı millət vəkilinə hər ay maaş ödəyir. Hər iki şirkətin adı isə mətbuatda dəfələrlə işçilərin maaş problemləri ilə əlaqədar hallanıb. Həmçinin iddia olunur ki, İ. Yusifovun Vircin adalarında ofşor şirkəti də var”.
Bəs qanunvericilikdə əlavə bizneslə məşğul olan deputatları hansısa cəza gözləyir?
Məsələ ilə bağlı saytımıza danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu halda deputatın mandatı ləğv edilməlidir:
“Azərbaycan Konstitusiyasının 85-ci maddəsinə əsasən Milli Məclisin üzvü elmi-pedaqoji və yaradıcılıq istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Əslində, deputat hansısa şirkətdə səhmə, paya malik olub, divident ala bilər. Çünki bu, fəaliyyət deyil. Hansısa şirkətdə işləmir, fəaliyyət göstərmir, amma birbaşa özü fəaliyyət göstərirsə, məsələn, hansısa şirkətin direktorudursa, buna görə maaş alırsa, bu konstitusiyanın 85-ci maddəsinə ziddir. Bu halda Konstitusiyamızın 89-cu maddəsinə görə o deputat mandatından məhrum edilməlidir”.
A. Nəbiyeva
Baku Post
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166185

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930