Abşeronda Bayraq Günü belə keçirildi – FOTO

09.11.2018 - 11:01

Bu gün Xırdalan şəhərində 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon bayramı keçirilib

Reportyor.info xəbər verir ki,Mədəniyyət Mərkəzində reallaşan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və minlərlə rayon sakini iştirak edib.

Bayram tədbirinin bədii hissəsində əvvəlçə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni oxunub.

Sonra rayon ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladığı fləşmob və ədəbi-bədii kompazisiyalar iştirakçılara təqdim edilib.

Bayram tədbirində Dövlət bayrağının rəmzi mənalarına toxunulub, onun milli-mənəvi dəyərlərindən söz açılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində hər il qeyd olunur. Bildirilib ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.

Bayram tədbirində Mərkəzin foyesində bayraq gününə həsr olunmuş rəsm sərgisi və qədim dövrlərdən başlayaraq bu günümüzədək mövcud olmuş bayraqlar nümayiş etdirilərək, onlar haqqında geniş məlumat verilib. Bundan sonra tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=124397

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930