Beyləqanda rüşvətə bulaşan bələdiyyə sədri də təşvişdə – Foto

14.11.2018 - 10:21

Beyləqandan RealMedia.az-ın redaksiyasına daxil olan şikayətlər rayonun Şərq Bələdiyyəsinin sədri Vaqif Quliyev barədədir. Həmin şikayətlərdə onun sədrlik etdiyi qurumun balansında 525 ha torpaq sahəsinin olduğu yazılır.

Şikayətlərdə bildirilir ki, V. Quliyev bələdiyyə mülkiyyətində olan torpaqları dövlətin deyil, özünün qanunları ilə idarə edir, kimə və nə qədər icarəyə, istifadəyə verilməsinə təkbaşına qərar verir.

Şərq kənd sakinləri – Qənimət Məmmədov, Dildar və İxlas Maxsudovlar, Xalid Nağıyev, Zöhrab Nəsirov bildirirlər ki, uzun illərdir bələdiyyə torpaqlarından icarə müqaviləsi ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə istifadə edirmişlər. Ancaq indilərdə sədr onlarla bağladığı müqavilələrin şərtlərinə dönük çıxıb, vaxtı bitməmiş təzələtdirmək üçün bələdiyyəyə dəvət edir.

Məsələn, Şərq kənd sakini Nəsirov 2007-ci ildə bələdiyyə ilə 15 illik müqavilə bağlayaraq 250000 kv/m torpaq sahəsini icarəyə götürüb. Müqavilə bələdiyyənin 24 fevral 2007-ci il tarixli qərarı ilə təsbit olunub. Kadastr kitabında “117” nömrə ilə uçota alınıb. Göründüyü kimi, müqavilənin bitməsinə hələ 4 il var. Ancaq 8 noyabr 2018-ci il tarixdə Nəsirova bələdiyyədən bildiriş gəlib ki, icarə vaxtı bitdiyinə (?) görə yenisinin bağlanılması üçün bələdiyyəyə dəvət olunur. Dildar və İxlas Maqsudovların bələdiyyə ilə 11 aylıq icarə müqavilələri isə yenicə bağlanıb – 20 oktyabr 2018-ci il tarixdə. İcarəçi Dildar Maqsudov hətta 5 noyabr 2018-ci il tarixdə üç aylıq icarə haqqını (250 manat) qabaqcadan ödəyib. Təsəvvür edin, 8 noyabr 2018-ci il tarixdə onlara da eyni məzmunlu bildiriş gəlib. Şikayətçilər hesab edirlər ki, bələdiyyə sədrinin icarə müqavilələrini yenidən nəzərdən keçirməkdə məqsədi onlara təzyiq göstərib torpaqları əllərindən almaqdır.

Qüvvədə olan müqavilələrinə vaxtından tez xitam verilməsi isə əkinçilərə ciddi maddi ziyana başa gələcək. Məsələ burasındadır ki, icarəçilər həm də Pambıq Zavodu ilə müqavilə bağlayıb pambıq əkiblər, uyğun vergi ödəyirlər. Belə çıxır, hazır məhsul verməməklə emalçı müəssisə qarşısında götürdükləri müqavilənin şərtlərini də pozmuş olacaqlar.

Daha əndişəli məlumat budur ki, Vaqif Quliyev kənddəki qohum-əqrəbasından və digər özünə yaxın adamlardan “narazı elektorat” yaradıb. Vaxtaşırı olaraq onları ayağa qaldırıb İcra Hakimiyyətinin və başqa inzibati orqanların binaları qarşısında piketlər təşkil edir. Guya həmin şəxslər istifadəyə, icarəyə torpaq istəyirlər və bu müstəvidə yürüdülən siyasətdən narazıdırlar.

Şikayətçilər bildirirlər ki, V.Quliyev bu metodla ələ keçirə bildiyi torpaq sahələrini heç həmin adamlara vermir, özü əkdirir. Məlumata görə, V.Quliyev qaragüruhçuların növbəti aksiyasını dekabr ayının əvvəlində – dövlət başçısının Beyləqana səfər edəcəyi gündə keçirməyi planlaşdırıb. Bu isə dövlətə qarşı təxribat, rayonun yeni rəhbərini çətinə salmaq deməkdir. Xoşagəlməz haldır ki, RİH başçısının Şərq inzibati ərazi vahidliyindəki nümayəndəsi Qasımov Fərhad Xudadat oğlu bələdiyyə sədrinə bu qanunsuz işlərdə dəstək verir.

Şikayətçilər bildirirlər ki, Şərq Bələdiyyəsində gəlir və məsrəflərin uçotunda şəffaflıq təmin olunmur. Toplanan icarə haqları, torpaq və əmlak vergiləri, eləcə də dotasiyalar necə xərclənir – bilinmir.

Bələdiyyənin ortaya qoyası, gözə dəyən elə bir işi də yoxdur. İcra nümayəndəsinin isə savadının yerində olmadığı, diplomunun legitimliyinin şübhə doğurduğu deyilir.

Mövzu ilə bağlı əlaqədar qurumlara müraciət edəcəyik. Sadaladığımız mübahisəli məsələlərin çözümü ilə vaxtında məşğul olmasalar, Şərq Bələdiyyəsində Şərq əlbəyaxa döyüşlərinin baş verəcəyi də istisna deyildir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=124555

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930