ATV-də skandal: Nazpəri verilişi tərk etdi – VİDEO

01.12.2018 - 11:34
Azərbaycanın Səsi” mahnı müsabiqəsinin ötən günkü buraxılışında qalmaqal yaşanıb.
Unikal.org xəbər verir ki, proqramda iki münsif- xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanıb.
Belə ki, əməkdar artist yarışmada tələbələrinin adını çəkməyən N. Dostəliyevaya sərt reaksiya verib: “Nazpəri xanım hər kəsin tələbələrinin adlarını sadaladı, ancaq mənimkini yox. Mənim birinci tələbəm Nazpəri xanım olub. Təzə səhnəyə gələndə mənim “Qadasını aldığım” və ” Ömrümdən getmə” mahnılarımı oxuyub. Tələbələrim göz qarşısındadır. Sizdən gözləməzdim, üstünüzdə əziyyətim olub. Siz mənə bir qəpik də pul ödəməmisiz. Yanımda amma özünüzə bahalı ətirlər almısız. Mənə pul verən, səhnəyə çıxaran Brilliant Dadaşova olub. Siz mənə etməmisiz, tələbəyə nə edəcəksiz?”.
Xalq artisti, əvvəlcə Elzanın çıxışına gülüşlə reaksiya versə də, daha sonra verilişi tərk edib: “Mən yarışmanı tərk edirəm, bazar adamları ilə otura bilmərəm”.
https://www.youtube.com/watch?v=svi1RQkY_KA
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125134

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31