Avropadan Azərbaycana könüllü qayıdanlara yardım göstərilib

03.09.2020 - 15:16

Beynəlxalq Miqrasiya Təşkilatı Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihəsi çərçivəsində könüllü olaraq vətənə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımı ilə bağlı fəaliyyətini davam etdirir.

Qurumdan verilən məlumata görə, bu zaman əməkdaşların təhlükəsiz şəkildə işlərini icra etmələri üçün işçilərin və binaya daxil olan qonaqların temperaturu yoxlanılır, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-la bağlı tövsiyə və qaydaları, gigiyena proseduralarına əməl olunur, maskalar, əlcəklər, əl üçün dezinfeksiyaedici məhlullar kimi qoruyucu vasitələrdən istifadə olunur.

Bu ilin əvvəlindən iyul ayının sonunadək BMqT-nin Azərbaycan nümayəndəliyi KQYR layihəsi çərçivəsində könüllü qayıdan şəxslərə 185 qeyri-nağd yardım göstərmişdir. Onlardan 24 şəxsə müvəqqəti mənzil (kirayə) təminatı, 30 şəxsə kiçik biznesin təşkili, 120 şəxsə maddi yardım (avadanlıq və zəruri mebel əşyaları), 10 şəxsə tibbi yardım və 1 şəxsə təhsillə bağlı köməklik göstərilib.

Qeyd edək ki, BMqT-nin nümayəndəliyi hazırda İsveçrə, Almaniya, Macarıstan, Belçika, Hollandiya, Türkiyə və Latviyadan qayıdan miqrantlara yardım fəaliyyətini göstərir. Reinteqrasiya yardımının əsas istiqamətlərindən biri könüllü qayıdan şəxslər üçün təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı (kirayə) ilə yanaşı, məşğulluq və ya kiçik biznesin qurulması kimi gəlir gətirən fəaliyyət sahələridir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153512

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930