Nazir müavini müəllimlərin işə qəbulu ilə bağlı yeniliklərdən DANIŞDI FOTO

03.09.2020 - 15:36

Bu gün Təhsil Nazirliyi tərəfindən Bakı şəhəri, 23 saylı tam orta məktəbdə müəllimlərin işə qəbulu imtahanları ilə bağlı mediatur təşkil edilib.

Musavat.com-un əməkdaşının da qatıldığı mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov və digərləri iştirak ediblər.

İmtahan zallarına baxış keçirən nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, mediaturun təşkil olunmasında əsas məqsəd imtahan prosesini yaxından izləmək və bu barədə ictimaiyyətə məlumat verməkdir:

“Hazırda ictimaiyyətin diqqəti müəllimlərin işə qəbulu prosesinə yönəlib. Bu, ölkədə ən böyük işə qəbul prosesidir. Ümumilikdə, imtahanda iştirak üçün müraciət edərək iştirak hüququ qazanan 46 min 228 nəfərdən 15 gün ərzində 31 min 181 nəfər iştirak edib. İmtahan bu il əvvəlki illərdən fərqli olaraq Bakı şəhəri ilə yanaşı, 17 regionda yaradılmış 32 mərkəzdə təşkil olunub. Nəticələrə nəzər salsaq görərik ki, ötən müddət üzrə 4 fənn- Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, musiqi və ibtidai siniflər üzrə keçirilən imtahanlarda namizədlərin topladığı ən maksimal bal 60 olub. Düşünürük ki, bu, kifayət qədər yüksək nəticədir və bizi sevindirir”.

M.Vəliyeva onu da əlavə edib ki, imtahan sentyabr ayının 8-dək davam edəcək: “Builki imtahanlarda olan bəzi dəyişiklikləri də nəzərə çatdırmaq istəyirəm. Ən mühüm dəyişikliklərdən biri odur ki, 90 dəqiqəlik imtahanın sonunda hər bir iştirakçı sualların cavablarını görür, doğru və yanlış cavabları müəyyənləşdirə bilir. Eyni zamanda, avqustun 24-dən etibarən bütün imtahan iştirakçılarına apelyasiya şikayəti verilməsi imkanı yaradılıb. Bu vaxtadək 1666 nəfər Apelyasiya Komissiyasına müraciət edib. Bu müraciətlərə baxılacaq və müvafiq olaraq cavab veriləcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153535

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930