BNA-nın işdən çıxarılmış şöbə müdirinə “BakuBus”da vəzifə verilib?

05.09.2020 - 10:49

Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi qalmaqallı açıqlamaya görə bu günlərdə işdən azad edilmiş şöbə müdiri Hikmət Babayevə quruma məxsus “BakuBus” MMC-də vəzifə verilməsi barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Report”a açıqlamasında deyib ki, bu məlumatlar həqiqətə uyğun deyil.

“Sosial şəbəkələrdə həmin məlumatları yayanlar bunu məqsədli şəkildə edirlər, cəmiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər”, – o qeyd edib.

Xatırladaq ki, H.Babayevin televiziya kanallarından birinin efirində səsləndirdiyi “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Buna görə müntəzəm marşrut xətləri mövcuddur” fikirləri ictimai qalmaqala səbəb olmuş və BNA-nı kəskin tənqid hədəfinə çevirmişdi. Bundan sonra o, vəzifəsindən azad edilmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153647

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031