Bakıda piyadanı yük avtomobili ilə qəsdən vurubmuşlar

05.09.2020 - 10:54

Bakıda piyadanı yük avtomobili ilə vuraraq ölümünə səbəb olan “KamAZ” sürücüsünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb.

APA-nın məlumatına görə, bu il martın 21-də Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Zahid Ömərovun sərxoş halda idarə etdiyi “KamAZ ” markalı, 10-UA-651 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolu keçmək istəyən piyada 1985-ci il təvəllüdlü Abdullayev İsmayıl Yaşar oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Ömərov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Lakin daha sonra Z. Ömərovun hadisəni qəsdən törətdiyi ortaya çıxıb. Ona verilən ittiham dəyişidirilib. Z. Ömərərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Onun barəsində aparılan ibtidai istintaq başa çataraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153651

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930