Bakı məktəblisi özünü üçüncü mərtəbədən atıb? – Açıqlama

07.09.2020 - 15:46

Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 N-li məktəb şagirdinin intihar etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama verilib.

Məktəbdən “Report”a bildirilib ki, təhsil müəssisəsinin 10-cu sinif şagirdi məktəbdə texniki işçi işləyən anasının arxasınca məktəbə gəlib və məktəbdə olan zaman yıxılaraq ayağından xəsarət alıb.

Qeyd olunub ki, təcili tibbi yardım çağırılıb və məktəblinin ayağında sınıq olduğu aşkar edilib:

“Həkimlər ona müvafiq tibbi yardım göstərib, zəruri tədbirlər görülüb. Hazırda məktəblinin vəziyyəti qənaətbəxşdir”.

Əlavə edilib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılacaq.

Xatırladaq ki, sosial şəbəkədə şagirdin özünü 3-cü mərtəbədən atmasına ilkin səbəb kimi direktorun onu sinifdən-sinfə keçirməməsi və məktəbdən uzaqlaşdırması göstərilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153779

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031