Təhsil Nazirliyinin “sevimli” şirkəti – 27 açıq tenderdən 10-nun qalibi olub

08.09.2020 - 11:44

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin bu il iyun və avqust aylarında nəticəsini elan etdiyi 27 açıq tenderdən 10-nun qalibi “Sosial İnkişaf Layihə” MMC olub. Bu, “Report”un apardığı araşdırma nəticəsində məlim olub.

Bununla da nazirliyin cəmi 10 manat nizamnamə kapitalına malik “sevimli” şirkətinə 1 407 460 manatlıq sifariş verilib.

Tender qaliblərinin siyahısında 2-ci yeri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Kommunal Layihələndirmə İnstitutut (“Azkommunallayihə”) tutub. Bu quruma ümumi dəyəri 547 870 manat olan 5 tender verilib.

Hesabat dövründə Dövlət Baş Layihə İnstitutu (“Azərdövlətlayihə”) isə 4 tender ala bilib. Onların ümimi dəyəri 412 690 manatdır.

Digər 8 tenderin qalibləri isə “Qala Express” (1 tender), “ALR İnvest” (1 tender), “Bimd” (2 tender), “Ay Konsaltinq LTD” (1 tender), “HH Architects” (2 tender) və “Feniks-AA” (1 tender) MMC-lər olub. Bu şirkətlərin satınalmalarının ümumi dəyəri 1 113 897 manat təşkil edib.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=153838

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930