Axtarış BDU-nun vəzifəli şəxsi tələbənin ölümünə görə hakim qarşısına çıxarıldı

14.09.2020 - 10:08

Yasamal Rayon Məhkəməsində səhlənkarlıq nəticəsində Bakı Dövlət Universitetinin (BDU) iki tələbəsinin zəhərlənməsinə, bir tələbənin isə ölümünə səbəb olmaqda təqsirləndirilən Pərvaz Əsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

“Report”un əldə etdiyi xəbərə görə, hakim Günel Ələkbərlinin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası sentyabrın 25-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında baş verib.
Universitetin tələbələri – 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın zəhərlənərək vəfat edib, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və Həmidə İbadovanın isə zəhərlənərək həyat üçün təhlükəli olan vəziyyətə düşüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun İstintaq İdarəsində istintaq aparılıb.
İstintaqla yataqxananın komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən Pərvaz Əsgərovun işinə və xidməti vəzifəsinə vicdansız və laqeyd münasibət bəsləyib vəzifəsini yerinə yetirməyərək yataqxananın birinci mərtəbəsində yerləşən ümumi hamam otağında özbaşına axar su qızdırıcılarının və onlara birləşdirilmiş tüstü bacalarının düzgün quraşdırılmasını, onlara müvafiq texniki xidmət göstərilməsini təmin etməyərək ehtiyatsızlıqdan 2 nəfərin ağır zərər vurmaya aid xəsarət almalarına, 1 nəfərin isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Pərvaz Əsgərov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edildi və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=154186

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930