Gürcüstanda orta aylıq əməkhaqqı azalıb

15.09.2020 - 15:24

Bu ilin II rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı 1 150,1 lari (366 ABŞ dolları) təşkil edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə əməkhaqqı 29,6 lari və yaxud 2,5% azalıb.

Aprel-iyun aylarında qonşu ölkədə ən yüksək maaş 2 040,9 lari (649 ABŞ dolları) olmaqla maliyyə və sığorta sahəsində qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% azdır.

Yüksək maaaşlı digər sahələrin siyahısında informasiya və kommunikasiya (1 932,8 lari və ya 615 ABŞ dolları), peşə, elmi və texniki fəaliyyət (1 786,9 lari və ya 568 ABŞ dolları), tikinti (1 621,4 lari və ya 515 ABŞ dolları) yer alıb.

Hesabat dövründə Gürcüstanda kişilərin orta aylıq maaşı 1 352,4 lari (430 ABŞ dolları), qadınlarınkı isə 924,2 lari (394 ABŞ dolları) səviyyəsində olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154311

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930