Bilik Günü tribunadan yıxılan şəxsin səhhəti necədir?

16.09.2020 - 15:44

Təhsil Nazirliyi 15 sentyabr – Bilik Günü tribunadan yıxılan şəxslə bağlı açıqlama verib.

Nazirlikdən daxil olan açıqlamada deyilir:

“Öncə qeyd etmək istəyirik ki, baş verən hadisə ilə bağlı dərin təəssüf hissi keçiririk. Videoda göründüyü kimi, şəxs özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin yardım edilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bilik günü üçün məktəbin qarşısına toplaşan məktəblilər Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirən zaman tribunada dayanan qadın huşunu itirərək yıxıldığı anının görüntüləri yayılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154376

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930