Azərbaycanın Energetika naziri OPEC-lə əməkdaşlığın əhəmiyyətindən danışıb

19.09.2020 - 10:34

OPEC-in 60 illiyinə həsr edilmiş xüsusi bülletendə təşkilatın yubileyi münasibətilə Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun fikirlərinə də yer ayrılıb.

“Report” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir birlik, həmrəylik və əməkdaşlığın OPEC-in 60 illik fəaliyyətində bütün məram və məqsədlərinin zirvəsini təşkil etdiyini və OPEC ideyasının reallığa çevrilməsini də neft ölkələri arasında əməkdaşlığa inamın nəticəsi kimi qeyd edib: “Uzun bir inkişaf yolu keçən OPEC neft bazarında çox dalğalanmalara, mübarizələrə şahidlik edib. Ən müxtəlif situasiyalarda tənzimləmə missiyasını layiqincə yerinə yetirərək dünya enerji balansını və neft bazarının konfiqurasiyasını dəyişən yeni reallıqlara adekvat davranmağı bacarıb. Dünyanın enerji mənzərəsi kimi OPEC-in struktur və məzmunu da dəyişikliyə uğrayıb. 2016-cı ilin dekabrında “OPEC plus” formatının yaradılması bunun bir nümunəsi idi. Belə bir formatın yaradılması ilə təşkilat yeni inkişaf səviyyəsinə yüksəldi. Daha geniş əməkdaşlıq modelinə, səmərəli tənzimləmə mexanizminə sahib oldu. “Əməkdaşlıq Bəyannaməsi” təkcə bu sənədə qoşulan neft hasilatçısı və ixracatçısı olan ölkələrin maraqlarını təmin etmədi. Həm də çoxsaylı faktorların, risklərin təsiri ilə dəyişən vəziyyətə uyğun qlobal neft bazarının nizamlanmasının qarantına çevrildi”.

Azərbaycanın OPEC+ formatı çərçivəsində təşkilatla əməkdaşlığından bəhs edən nazir bildirib ki, təkcə neft bazarında tarazlığın deyil, ümumən dünyanın mizan-tərəzisinin pozulduğu dövrümüzdə bu vəziyyəti müsbətə doğru dəyişəcək ən qiymətli dəyərlərdən biri həmrəylikdir. Hazırkı çətin sınaqlar dövründə OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığı və həmrəyliyi təşkilata ən gözəl yubiley hədiyyəsidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154533

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930