Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb

24.09.2020 - 10:48

Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin sabiq idarə rəisinə qarşı dələduzluqda ittiham olunan Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümovun məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 1-ə təyin edilib.

Qeyd edək, Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov külli miqdarda dələduzluqda ittiham olunur.

İş üzrə iki nəfər zərərçəkən var. Onlar – İran vətəndaşı Khorazme Alireza Ghorban və Babayev İsaxan Teymur oğludur.

Zərərçəkmiş İsaxan Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub.

İsaxan Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ildə Ağadur Müslümova 100 min manat verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib. Lakin A. Müslümov pulu alsa da, vədinə əməl etməyib. Misir Mərdanov Təhsil naziri vəzifəsindən getdikdən sonra İ. Babayev də işdən çıxarılıb.

A. Müslümova Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154818

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930