Ramiz Mehdiyev hərəkətə keçdi – siyasi partiyalarla işləyəcək? – BAP sədri Elşad Musayevlə “Canlı debat”da

19.02.2021 - 11:45

Mikayıl Cabbarov tvitter hesabında kölgə iqtisadiyyatına qarşı mübarizə haqda yazıb. Azərbaycanda kölgə iqtisadiyyatı ilə bu və digər formada məmur oliqarxlar məşğul olur. Demək, bu mesaj onlara aiddir. Super gücə çevrilmiş məmurlara qarş növbəti proflaktik tədbirlər baş verə bilər. Azərbaycanda kölgə iqtisadiyyatının dövriyyəsi nə qədərdir? Neçə milyard dollardı? Dövlət kölgə iqtisadiyyatından qurtula biləcəkmi?

Azərbaycan Dağlıq Qarabağda anti terror əməliyyatlarına başlaya bilər. Hər gün qondarma qurumun başçılarından daha bir əcaib açıqlama, addım gəlir. Üstəlik orda xeyli silahlı var və o silahlılar vaxtaşırı Azərbaycan hərbçilərinə basqın edirlər. Bütün bunlar bizə tam haqq verir ki erməni təxribatçılarına qarşı antiterror əməliyyatlarına başlasın.

44 günlük savaşdakı möhtəşəm qələbəmizin 100 günü tamamlanır. Bölgə 100 gündən sonra necə görünür? 10 noyabr üçtərəfli sənədin ilkin dəyərləndirməsi. Əsas yekun nədən ibarətdir? Bakının bölgədə yaratdığı yeni situasiya və sənədin icrasına yaradılan, getdikcə artan əngəllər. Xüsusən də erməni revanşistləri və lobbisi bundan məmnun deyillər. Xaricdəki oyundan kənar vəziyyətə düşmüş müəyyən məkrli çevrələr də suyu bulandırmağa çalışır. Bəs anlaşmanın tam reallaşmasına təhlükə varmı? Yeni müharibə ehtimalı nə dərəcədə ciddidir? O sırada rus sülhməramlı qüvvələrlə bağlı lap əvvəl yaşanan narahatlıq və bədbin proqnozlar 100 gün sonra artmış kimi görünür, yoxsa?

Ya istefa, ya da dar ağacı – müxalifət bu gün Paşinyanı taxtdan sala biləcəkmi?

Fevralın 20-də Ermənistanda Nikol Paşinyana qarşı ən kritik mitinq planlaşdırılır. Daşnakların nümayəndəsi arxayıncasına deyib ki, bu, əvvəlkilərdən fərqlənəcək və hakimiyyətə qarşı ilk ən izdihamlı aksiya olacaq. 3 aya Paşinyanı yıxa bilməyənlər 1 günə yıxacaqlar, möcüzəmi baş verəcək? Politoloq İqor Korotçenko deyib ki, fevralın 20-də Ermənistanda dövlət çevrilişi baş verə, hətta Paşinyan Çauseçki kimi edam edilə bilər. Bundan ötrü hətta diaspora və erməni mənşəli oliqarxlar xüsusi qruplar üşün 30 milyon dollar ayırıb. Politoloqlar nə deyir? Nikol aşırıla və ya öldürülə bilərmi, ümumiyyətlə, hakimiyyətdə o daha nə qədər duruş gətirəcək? Postundan gedərsə, Ermənistanın, 10 noyabr kapitulyasiya sənədinin aqibəti necə olacaq?

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi fəaliyyətə başlayacaq. Görünən odur ki, Boz Kardinal dövlət idarəetməsinə paralel strukturlar qurur. Bu gəlişmə nədən xəbər verir?

Bu və digər sualların cavabını bu gün saat 12.00-də Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161540

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031