Müğənni Aslanın öldüyü hadisə ilə bağlı ŞOK FAKTLAR: Morqa gətirildikdən sonra… – EKSKLÜZİV

05.05.2021 - 10:53

 

Müğənni Aslanın öldüyü hadisə ilə bağlı ŞOK FAKTLAR: Morqa gətirildikdən sonra... - EKSKLÜZİV

 

Ötən gün sübh saatlarında Bakı şəhər Qaradağ rayonunda tanınmış müğənni Aslan Hüseynovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Magistralın 60-cı kilometrliyində – Ələt qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü A.Hüseynovun sürdüyü BMW markalı avtomobilin qarşıda hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılarkən saatda təxminən 90 km sürətlə hərəkət etməsi müəyyən edilib.

Belə ki, sübh saatları insanların yuxuya ən çox ehtiyac duyduğu vaxt hesab edilir. Həmçinin sürət həddinin yüksək olmamasına baxmayaraq müğənninin baş nahiyəsindən ağır zərbələr alması onun kəməri taxmaması versiyasını gücləndirir.

O da məlum olub ki, hadisədən dərhal sonra yaxınlıqdakı şəxslərin köməkliyilə A.Hüseynovun cansız bədəni maşından çıxarılıb. Lakin oradakı insanların heç biri ölən şəxsin tanınmış müğənni olduğunu bilməyib. Çünki baş nahiyəsində çoxlu qan olduğundan A.Hüseynovun üz nahiyəsi tanınmaz halda olub. Yalnız morqa gətirilib yuyulduqdan sonra oranın əməkdaşları vəfat edən şəxsin müğənni Aslan Hüseynova oxşadığını bildiriblər. Bundan sonra onun ailə üzvləri xəstəxanaya dəvət edilib və tanınma prosesi keçirilib.

Qeyd edək ki, faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Onu da qeyd edək ki, bu ilin 17 may tarixində A.Hüseynovun 54 yaşı tamam olacaqdı. Ötən ay isə onun anası vəfat edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163127

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930