Şuşa bölgənin mədəniyyət mərkəzi olacaq – Rəy

07.05.2021 - 15:08

 

Şuşa bölgənin mədəniyyət mərkəzi olacaq - Rəy

 

“Biz qalib ölkəyik. Biz qalib xalqıq və mədəniyyətimizin paytaxtı Şuşadır. Mən əminəm ki, bu paytaxt təkcə Azərbaycanın deyil, ümumilikdə bölgənin böyük mədəniyyət mərkəzi olacaq. Bu istiqamətdə artıq işlərə başlanılıb”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, Azərbaycan irəliyə baxan ölkədir:

“Hazırda bizim böyük qayıdış planımız icra olunmaqdadır. Bundan sonra Qarabağ dünyanın ən gözəl guşəsinə çevriləcək. İlk növbədə diqqət mədəni və mənəvi dəyərlərin paytaxtı olan Şuşaya çevriləcək. Məqsəd dünya üçün gözəl mədəni mərkəz yaratmaqdır. Biz bu məqsədlərə çatacağıq. Eyni zamanda, biz 30 illik işğalın nəticələrini də unutmayacağıq. Onun açdığı yaraları unutmaq sadəcə olaraq mümkün deyil”.

Asim Mollazadə düşünür ki, bu istiqamətdə müvafiq işlər də görülməlidir:

“Ermənistan Azərbaycana vurduğu zərərlərin qarşılığını ödəməlidir. Bununla yanaşı, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Bəlkə o zaman bu ölkə öz mövcudluğu üçün şans qazanar. Onlar ərazi iddialarına son qoyaraq əməkdaşlıq barəsində düşünməlidir. Şuşa hər bir azərbaycanlı üçün müqəddəs şəhərdir. Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, mədəniyyətimizin inkişafına öz töhfələrini versin. Bu, yenə də bizim əzəli və əbədi mədəni mərkəzimizdə baş verə bilər. Onun üçün Azərbaycan xalqı öz mədəniyyətinin gələcəkdəki çoxşaxəli inkişafını məhz bu mərkəzlə bağlamalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163327

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930