Leyla Əliyevanın şeirləri Çili ədəbiyyat jurnalında

11.05.2022 - 14:22

Çilinin populyar “Ærea. İspan – Amerika poeziyası” (“Ærea. Revista Hispanoamericana de Poesía”) jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində istedadlı Azərbaycan şairi Leyla Əliyevanın ispan dilinə tərcümə olunmuş “Gedim bir az ağlayım”, “Tərk edə bilmərəm heç zaman səni” və “İnanmıram” şeirlərini nəşr edib.

Tərcümə Mərkəzindən Cumhuriyyet.az-a bildirilib ki, şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan şeirlərin ispan dilinə sətri tərcümə müəllifi – Tutuxanım Yunusova, bədii tərcümə redaktoru – tanınmış argentinalı tərcüməçi Raul Poggi Alexandrodur.

Qeyd edək ki, 2001-ci ildən nəşrə başlamış, Eduardo Espina, Monika Velaskes Qusman, Karlos Aquasako, Leonel Alvarado, Luis Benites, Viktor Koral kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırmaqla İspaniya və Kolumbiyada geniş oxucu auditoriyası toplamış jurnal ABŞ və digər ölkələrin ali təhsil ocaqlarında əlavə dərs vəsaiti kimi tədris proqramlarına da salınır.

Jurnalının baş redaktoru – tanınmış Argentina şairi Daniel Kalabresedir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=174827

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930