Xankəndidə saxlanılan generala ittiham irəli sürülüb

13.05.2022 - 16:57

Xankəndidə saxlanılan general-mayor Samvel Karapetyana qarşı ittiham irəli sürülüb.

Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, cinayət təqibinə səbəb mayın 10-da Qarabağın mərkəzindəki atışma olub. Belə ki, general Karapetyan Xankəndinin mərkəzi meydanında dörd gəncə atəş açıb.

Karapetyana qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb, lakin ifadənin doğruluğu, şahidlərə və istintaqa təsir göstərməyə cəhd riskinin az olması nəzərə alınaraq, həbs-qətimkan tədbiri kimi onun haqqında Qarabağı tərk etməmək barədə vəsatət seçilib.

İstintaq çərçivəsində axtarışlar aparılıb, ekspertiza təyin edilib. İstintaq davam edir.

Samvel Karapetyan Qarabağ ermənilərinin qondarma “ordu”sunun keçmiş “komandanı” olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=174969

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031