DİN aksiya ilə bağlı məlumat yaydı – YENİLƏNİB

14.05.2022 - 19:29

Daxili İşlər Nazirliyi aksiya ilə bağlı rəsmi məlumat yayıb. Cumhuriyyet.az xəbər verir ki, DİN-in məlumatında deyilir:

“Bu gün bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib. Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb”.

***

Bu gün bir qrup ictimai-siyasi fəal Fəvvarələr meydanında etiraz aksiyası keçirib.

Cumhuriyyet.az-ın məlumatına görə, aksiyanın təşkilatçıları bildiriblər ki, etirazın səbəbi son zamanlar bəzi jurnalistlərə və ictimai-siyasi fəallara qarşı törədilən zorakılıq hallarının üstünün açılmamasıdır.

Sosial şəbəkələrdə verilən məlumatlara əsasən, aksiyanı müşayiət edən polis etirazçılara qarşı təmkinlə davranıb.

Bununla yanaşı, saxlanılanların olduğu da bildirilir.

Aksiyanın təşkilatçılarından olan Bəxtiyar Hacıyev və Rüfət Səfərlinin saxlanılanlar arasında olduğu qeyd edilir.

Hadisə ilə bağlı DİN-in rəsmi məlumat yayacağı gözlənilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=175069

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031