Təqaüdə çıxmaq da xoşbəxtlikdir – Vaqif Əsədov

14.06.2022 - 12:22

“Ötən gün mənə çox sayda telefon zəngləri, eləcədə KİV nümayəndələrinin sms vasitəsi ilə sualları daxil olub. Telefona və suallarınıza cavab verə bilmədiyimə görə üzürlü sayın, mənə və xidmətimə olan diqqət və qayğınıza, eləcə də informasiya almaq istəyinizə görə təşəkkürümü bildirir və təqdir edirəm”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında təqaüdə göndərilən polis polkovniki Vaqif Əsədov bildirib.

 

V.Əsədov təqaüdə getməsi ilə bağlı məlumat almaq istəyənlərə, çox sayda telefonla müraciət edənlərə, sosial şəbəkə vasitəsi ilə şərh yazanlara, narahatlıq hisslərini bildirən vətandaşlara və ya yayılan informasiya ilə maraqlanan şəxslərə təşəkkür edib:

 

“Bəli, təqaüdə çıxmaq üçün “xidmətdə olmanın son yaş həddinə çatdığıma görə” əmr imzalanıb və şəxsi heyətə elan edilib. Bununla əlaqədər rəhbərlik səviyyəsində şəxsi heyətlə birgə tədbir təşkil edildi və xüsusi olaraq mənim xidməti fəaliyyətim yüksək qiymətləndirildi. Düşünürəm ki, daim təmasda olduğum hərəkət iştirakçıları da öz fikirlərini paylaşarlar.

 

Əlbəttə, Allaha şükürlər olsun ki, qismət oldu, xidmətimi başa vurub təqaüdə çıxa bildim. Təbii ki, buna çox sevinirəm və bu sevinci mənə, ailəmə yaşadan DİN-in bütün rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu gün, Azərbaycan Respublikasının ən xoşbəxt vətəndaşlarından biriyəm desəm, heç də yanılmaram. Çünki DİN rəhbərliyinin bundan sonra da mənə, həyat tərzimə olan diqqət və qayğısı, hətta ailə üzvlərimin belə nəzarətində olması bir daha DİN-nin əsgəri olduğumu, dövlətə və dövlətçiliyə daim vətəndaş kimi xidmət etməyimi qarşımda bir vəzifə olduğunu təsdiq etdi.

 

Fürsətdən istifadə edib cənab nazirə təşəkkür edir və onu əmin edirəm ki, istefada olan polis-polkovniki kimi qanunvericilik tələblərinə uyğun olaraq mülki vətəndaş kimi də borcumu davam etdirəcəyəm”.

 

V.Əsədov əlavə edib ki, polis baş leytenantı Toğrul Nəsirli, polis baş leytenantı Pərvanə Muradova, polis-leytenantı Rüstəm Əhmədli və polis mayoru Araz Əsgərli təbliğat işini daha səmərəli təşkil edərək ictimayyətlə və KİV-lə qarşılıqlı, ardıcıl, məqsədli və layiqincə davam etdirəcək.

 

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilərək, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=176730

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930