“Hacı Nuranla şəkil çəkdirmək arzumdur” – Maksim Qalkin

22.02.2023 - 22:15

Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkin ötən gün Bakıda konsert proqramı ilə çıxış edib.

Cumhuriyyet.az xəbər verir ki, o, çıxışına tamaşaçıları Azərbaycan dilində salamlamaqla başlayıb:

“Salam, əziz dostlar. Salam, Bakı. Ona görə Azərbaycan dilini öyrəndim ki, mənim konsertlərdə dediklərim Rusiyada çox diqqətlə izlənilir. Buna görə də ancaq Azərbaycan dilində danışıb zarafatlar edəcəyəm. Baxıram, çoxunuz qorxdunuz ki, zarafatlar azərbaycanca olacaq. Yaxşı, qorxmayın. Zalda Rusiyadan olan tanışlarım var ki, onlar ümumiyyətlə indi nə baş verdiyini başa düşmürlər”.

M. Qalkin növbəti səfəri zamanı aparıcı Hacı Nuranla şəkil çəkdirməyi arzuladığını etiraf edib. Buna səbəb kimi isə onun qarderobunun Rusiyanın Xalq artisti Filipp Kirkorovunkundan da zəngin olmasını göstərib.

Qeyd edək ki, Qalkin müharibədə Ukraynanı dəstəklədiyi üçün Rusiyada “xarici agent” kimi tanınır.(Qafqazinfo)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=188651

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031