Abşeron başçılarının sevimlisi: qatil, qəbir oğrusu, Çovdarovçu Siyanfər Əliyev

03.06.2019 - 09:19

Azərbaycan hökuməti tezliklə bələdiyyələrdə də islahatlara keçid edəcək. Daha doğrusu, bu il baş tutacaq bələdiyyə seçkiləri bir sıra sədrlərin sonunu rəsmiləşdirəcək. Onlar bu illər ərzində torpaq alverinə, rüşvətxorluğa bulaşıblar, ayrı-ayrı yüksək çinli məmurların təlimatlarını yerinə yetiriblər, bəziləri ləğv edilmiş MTN-dəki Mahmudov bandasına boyun əyiblər, generallarla işbirliyinə gediblər. Bu baxımdan yuxarı dairələrdə bir siyahı şəklində dosye tərtib edilir və adı müxtəlif cinayətlərə qarışmış bəzi bələdiyyə sədrləri seçkilərdə iştirak edə bilməyəcəklər. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mötəbər qaynağın sözlərinə görə, onlardan biri Abşeron rayonu, Masazır bələdiyyə sədri Siyanfər Əliyevdir. İddialara görə, S.Əliyev günlərini, aylarını sayır və bələdiyyə seçkilərindən sonra vəzifəsi ilə vidalaşacaq. Onun adı nələrə qarışmayıb: həbsdə olan MTN generalı, odioz fiqur Akif Çovdarovla işbirliyi, qanunsuz torpaq satışı, ölüm işləri və s. Bu günkü yazımızda isə bələdiyyə sədrinin adı hallanan ölüm faktlarına diqqət yetirəcəyik. Beləliklə, ən son olaydan iki ay keçib…
Mərhumun son sözləri: “müdir, mən çek vururam…”
martın 7-də 2019-cu il tarixində Masazır bələdiyyəsinin iclası zamanı bələdiyyənin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu naməlum səbəbdən insult keçirib. Təcili yardım maşını ilə Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılan bələdiyyə qulluqçusu bir müddət orda müalicə alsa da vəziyyəti stabilləşməyib və mart ayının 25-də ağır vəziyyətdə xəstəxanadan çıxarılıb. Bu haqda məlumatı Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsindən bildiriblər.
Qeyd olunub ki, xəstənin bədəninin hansı bir hissəsində döyülmə izinə rast gəlinməyib və onun əvvəl də infarkt keçdiyi haqda yerli xəstəxananın rəyi də olub. O, xəstəxanada olduğu müddətdə huşsuz olub, “müdir, mən çek vururam” sözlərindən başqa ifadələr işlətməyib və bu da o cür xəstələr üçün normal haldır. Əldə olunan məlumata görə, Ürfət Hüseynov bir-neçə gün əvvəl vəfat edib. Məsələ ilə bağlı, cumhuriyyet.az bildirir ki, mətbuatda bələdiyyə qulluqçusunun Bələdiyyə sədri Siyanfər Əliyevlə arasında baş verən konflikt zamanı komaya düşməsi haqda məlumat yayılmışdı. Hətta Siyanfər Əliyev həmin iclasda olmadığını bildirdi və mərhumun hansı səbəbdən komaya düşməsi qaranlıq qaldı. Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və bələdiyyənin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu ilə arasında martın 7-də dava baş verib. Bu haqda Ü.Hüseynovun qohumları məlumat verib. Məlumata görə, davaya səbəb yığılan pulların banka köçürülməsi olub. Bildirilir ki, bələdiyyə sədri yığılan pulların ona verilməməsinə görə müfəttişi nalayiq söyüşlərlə təhqir edib. Məlumata görə, Siyanfər Əliyev məsələnin şişirdilməməsi üçün əlindən gələni edir. S.Əliyevin barışıq üçün bir neçə ağsaqqalla minnətçi düşdüyü bildirilir. O da bildirilir ki, S.Əliyev daha əvvəl də başqa bir bələdiyyə üzvü ilə dalaşıb, onu başına butulka ilə vurub xəstəxanalıq edib. Lakin sonradan bu işin üzərini örtüb böyüməsinə mane olub.
Ana bətnində körpəni də o tələf edib?
Bildirək ki, bu olay bələdiyyə sədri Siyanfər Əliyevin adı hallanan ilk ölüm faktı deyil. Belə ki, cumhuriyyet.az olaraq yerli mediada yayılan məlumatlara istinadən bildirək ki, 2013-cü il martın 11-də Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və onun müavini Söhbət Məmmədov Masazır kənd sakini Razi Paşa oğlu Qocayevin evinə gələrək onun ailəsinə hücum edib. R.qocayev bununla bağlı şikayətində bildir ki, ailəsinə qarşı zor tətbiq ediblər. Fiziki təzyiqə məruz qaldığı üçün xəsarət alan hamilə həyat yoldaşını təcili olaraq xəstəxanaya çatdırsa da, bətnindəki körpəni xilas etmək mümkün olmayıb. Bu olayla bağlı o zaman mediada yer alan açıqlamanı da diqqətinizə çatdırırıq: “Abşeron Prokurorluğunda başlayan araşdırma zamanı xəstəxanadan arayış da alınıb: “Həmin vaxt zorakılığa məruz qaldığımızı məhkəmə tibb-ekspertizası da təsdiqləyib. Ancaq heç bir nəticə yoxdur. Müstəntiq bələdiyyə sədri Siyanfər Əliyevin nüfuzundan ehtiyat edərək, işi uzatmaqla məşğuldur”. Abşeron rayon prokurorunun köməkçisi Orxan Qazızadə bildirib ki, Razi Qocayevin Rayon Prokurorluğuna müraciəti araşdırılıb və fakt öz təsdiqini tapmadığı üçün rədd qərarı qəbul olunub. Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev isə açıqlamasında Razi Qocayevin ittihamları ilə razılaşmadığını deyib: “Biz onu şantaja görə tutdurmaq istəmirik. Mən o qədər həddimi aşmışam ki, sakinə hücum edəm? Axı, sakinə niyə hücum etməliyəm?”.
Vətəndaşa intiharı üçün pul təklif edilib
Daha bir fakt isə 2013-cü ilə aiddir. Cumhuriyyet.az olaraq həmin iddianı da olduğu kimi diqqətinizə çatdırırıq: “Şikayəti 2006-cı ildə uşaq evindən çıxmış, hazırda 24 yaşı olan Elnur Salahov adlı Masazır sakini edib. O, bildirib ki, torpaq üçün 3 ildir ki, bələdiyyəyə ayaq döyür, amma heç bir nəticə yoxdur: “Məni aldadırlar, illərdir ayaq döyürəm”. Onun sözlərinə görə, bələdiyyə sədri ilə son görüşündə maraqlı təklif alıb. S. Əliyev ona necə torpaq əldə etməyin yolunu göstərib. S.Əliyev ona deyib ki, Maşallah adlı bələdiyyə üzvünün yanına girərək, ondan torpaq sahəsi istəsin: “Mənə dedi ki, Maşallahın hektarlarla torpağı var. Get onun yanına, ona de, sənə torpaq versin. Verməsə, onun otağında özünü doğra. Dedi ki, belə bir addım atan kimi, nə qədər istəsəm torpaq verəcək”. Şikayətçi deyir ki, S.Əliyev bələdiyyə üzvünün otağında özünü doğraması üçün ona 500-600 manat pul verəcəyini də boyun olub. Onun sözlərinə görə, Maşallah adlı bələdiyyə sədrindən torpaq istəsə də, bələdiyyə sədrinin təklif etdiyi puldan imtina edib və onun təklifini rədd edib: “Mən bu məsələni Maşallah müəllimə dedim. Dedim, imkanın varsa mənə torpaq ayırın, özümə bir koma tikim. Ona sədrin təklifini də dedim. O, mənə torpaq boyun almasa da, Siyanfərin dediklərini eləmədiyimçün mənə görə təşəkkür etdi. Dedi, kasıb oğlansan, yetim uşaqsan, pula aldanıb bu işi edə də bilərdin, ancaq sən eləməmisən”. E.Salahov deyib ki, indi Masazır bələdiyyəsinin sədri S.Əliyev onun bu təklifinin etmədiyi və işin üstünü açdığı üçün onu təhdid edir: “Mən həyatıma təhlükə hiss edirəm. Siyanfər Əliyev məni ölümlə hədələyir ki, niyə bu işi eləmədin, niyə gedib başqalarına danışmısan?!”.
Ölüdən də əl çəkmir: məzarı və başdaşını satıb
Yenə də 2013-cü ilə aid növbəti fakt xüsusilə dəhşətlidir. Belə ki, cumhuriyyet.az olaraq mövzu ilə bağlı internet üzərindən apardığımız araşdırmalar zamanı məlum oldu ki, 2011-ci ildə Masazır qəbiristanlığında dəfn edilmiş Quliyeva Qarogöz Vüqar qızının məzarını ziyarət etməyə gedən yaxınları 2013-cü ildə gördükləri mənzərədən şoka düşüblər. Çünki onların doğmalarının uyuduğu məzar artıq yerində yoxdur, daha doğrusu yerindədir, amma onlara məxsus deyil. Quliyevlər özlərinə məxsus məzarın yerində başqa bir məzarla qarşılaşıblar. Sonradan aydın olub ki, Masazır kənd bələdiyyəsinin sədri Siyanfər Əliyev tərəfindən Quliyeva Qaragöz Vüqar qızına məxsus başdaşı da dağıdılıb, məzarın üzəri isə daş lövhələrlə üzlənərək məzar yeri kimi imkanlı bir iş adamına satılıb.
Akif Çovdarovun adamı imperatora çevrilib
Adı müxtəlif qalmaqallarda hallanan bələdiyyə sədrinin sabiq MTN generalı Akif Çovdarovla da sıx əlaqələri olub. Belə ki, Masazır bələdiyyəsinin sədri, adı hər zaman ölkə mətbuatında müxtəlif qalmaqallarda hallanan Siyanfər Əliyev zamanında Baş Prokurorluqda Akif Çovdarov məsələsi ilə bağlı ifadə verib. MTN genralı Çovdarovun sağ əli kimi tanınan və biznes şərikliyi olan Siyənfər Əliyevin məsuliyyətdən hansı dostlarının sayəsində azad edildiyi müəmma olaraq qalır. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, Çovdarov dəstəsinə xidmət edən Siyənfər Əliyev təhlükədən yayınmaq məqsədi ilə əvvəldən şərik olduğu icra başçısına müraciət edərək onu qorunmasına görə xahiş edib. Masazır qəsəbəsində yerləşən LUGANO adlı restorana icra başçısı ilə şərik fəaliyyətindən irəli gələn münasibət xahişinin yerə salınmamasında böyük rol oynamışdır. Mətbuat üzərində aparılan araşdırmalara görə isə Siyənfər Əliyevin biznesi bununlada bitmək bilmir. Etibarlı mənbədən əldə etdiyimiz məlumatda isə bələdiyyə sədri Türkiyə, Fransa və Rusiyada olan mülklərinin sayını artıq itirib.
Abşeron icra başçılarını necə ram edib?
Bütün bunlar bizim sıradan bir xəbər portalı olaraq əldə etdiyimiz məlumatlardır. Heç şübhəsiz bunlardan Abşeron rayon icra hakimiyyəti və onun rəhbərliyi də məlumatlıdır. Amma rayon rəhbərliyinin bələdiyyə sədrinə münasibəti yuxarıda sadalananlara heç də adekvat deyil. Buna misal olaraq aşağıdakı fotonu və 2014-cü il avqustun 26-da icra hakimiyyətində keçirilən bir tədbir haqda rəsmi məlumatı diqqətinizə çatdırırıq: “Abşeron rayon icra hakimiyyətində, Maszır kəndinin bələdiyəsi Siyanfər Əliyevin 65 illik yubileyi qeyd olundu. Təbrik üçün Abşeron rayon icra hakimiyyətinə gələnlər arasında Abşeron rayonunun kənd və qəsəbə bələdiyyələri həmcinin icra hakimiyyətinin kollektivi iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Abşeron rayon icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov yubilyarı təbrik edib, olara can sağlığı və bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb və hər iki şəxsə rayon icra hakimiyyətinin Fəxri Fərmanların təqdim edib. Daha sonra çıxış edən Abşeron rayon icra hakimiiyətinin başçısının birinci müavini İradə xanım Gülməmmədova yubilyarı səmim qəlbdən təbrik edərək öz işlərinə göstərdikləri böyük diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirdi”.
Mövzunu diqqətdə saxlayacayıq. Növbəti yazımızda oxuyacaqsınız:
– Bələdiyyə sədrinin Zakir Fərəcova şantaj mesajları və xanım icra başçısına supermarket hədiyyəsi iddiası;
– Xırdalan Şəhər Bələdiyyəsinin sədri Eldar Əhmədov və Novxanı Bələdiyyəsinin sədri Şahin Tağıyevlə gizli sövdələşmələr;
– Akif Çovdarovun yaxın qohumu ilə bu gün də davam edən biznes ortaqlığı…
– İcra başçısının müavini ilə gizli tellər…
– Bələdiyyə sədri ilə icra başçısının müavini arasında MTN yaxınlığı…

– Xətai rayonunda 500 dövlət nömrə nişanı ilə qəza törədərək adam öldürən DYP əməkdaşı kim olub?
– Raqub Allahverdiyev bu qəzanı niyə və necə öz üzərinə götürüb?
– Bələdiyyə sədrinin qaynı və əmisi bələdiyyədə necə işə düzəlib

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128787

XƏBƏR LENTİ

20.07.2019Təbrik edirik

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031