Elmira Axundova və oğlunun qalmaqallı macəraları – FOTO+VİDEO

28.07.2020 - 12:45

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Cumhuriyyet.az bildirir ki, XİN-dəki qanunsuzluqlar, korrupsiya ilə bağlı illərdir mətbuatda xəbərlər dolaşır. Son belə xəbər bu ilin fevarlında gündəmə gəlmişdi. İddia olunurdu ki, Ramiz Mehdiyevi özünə mənəvi ata hesab edən Emira Axundova səfir olmaq üçün 1 milyon dollar rüşvət verib. Sabiq deputatın səfir təyin olunmaq üçün Fuad Muradovun vasitəsilə 1 milyon dollar rüşvət verdiyi iddiası vardı. 66 yaşlı Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri təyin olunmaq üçün bu qədər puldan keçdiyi deyilirdi.

O günlərdə timetv.live saytı yazırdı ki, Elmira Axundovanın oğlu Həbib Axundov dostlarına Ukraynaya köçməyə hazırlaşdıqlarını bildirib. Deyib ki, bir aydan sonra anası Azərbaycanın Ukraynadakı səfiri təyin olunacaq. Bunun üçün düz 1 milyon dollar xərcləri çıxıb. Sayt yazır ki, Diaspora Komitəsinin sədri Fuad Muradov araçılıq edib. Bir milyon dollar rüşvət verildikdən sonra Prezident Administrasiyasından xarici işlər naziri Elmar Məmmədyarova zəng vuraraq bildiriblər ki, Elmira Axundovanı qəbul eləsin. Məmmədyarov Axundovanı qəbul edib və Axundova ona deyib ki, səfir təyin olunmaq üçün lazımi “prosedurları” keçib. Məmmədyarov da aldığı tapşırığa uyğun olaraq ona səfir postuna hazırlaşmağı tövsiyyə edib və deyib ki, bir aya sərəncamı veriləcək. Yazı müəllifi o günlərdə qeyd edirdi ki, bunlar onu deməyə əsas verir ki, müxtəlif əyri yollarla külli miqdarda sərvətə malik olan ailə indi də ölkənin diplomatik nümayəndəliklərini pulla alırlar.

Maraqlıdır ki, Elmira Axundova həqiqətən də bir müddət sonra Ukraynaya səfir təyin olunur. 66 yaşlı xanım siyasətçinin bu təyinatı koronavirus dövrünə təsadüf etdiyindən onun yeni kreslosuna oturması bir xeyli zaman alır. Nəhayət, may ayının 29-da yeni səfir etimadnaməsini Ukrayna prezidentinə təqdim edə bilir.

Amma deyəsən, Elmira xanımın səfirliyi uzun sürməyə bilər. Çünki DTX-nın başlatdığı XİN əməliyyatı yada istər-istəməz Elmir Axundovanın 1 milyonluq rüşvət iddiasını salır. Mümkündür ki, DTX-nın növbəti əməliyyatlarında bu iddialar da araşdırılsın. Təxminlərə görə, XİN-də başlayan əməliyyatın ikinci dalğası da gözlənilir və bu dalğa xarici ölkələrdəki xanədanlıqlarımıza – səfirliklərimizə və baş konsulluqlarımıza da sıçraya bilər. Belə “xanədanlıqlar” arasında Ukrayna səfirliyi ilə yanaşı, Azərbaycanın Türkiyədəki səfirlik və konsulluqlarının da adı çəkilir.

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Anar Gülverdi oğlu Novruzovun “Kapital Bank”a 12 min manat kredit borcu olması gündəm mövzusuna çevrilib. Şəhidlik zirvəsinə çatandan sonra “Kapitalbank” həmin kredit borcunun ödənməyən hissəsini sildiyini açıqlayıb. Şəhid Masallının Ərkivan kəndində torpağa tapşırılıb. Bu faktı yenidən xatırlamağımız əbəs deyil. Belə ki, cumhuriyyet.az AFN.az-a istinadən xəbər verir ki, hazırda Ukraynada səfir olan Elmira Axundova 10 il Masallının deputatı olub. Bu 10 il ərzində Elmira Axundovanın adı keçən cinayət işlərində onun Azərbaycanın Müdafiə Nazirliyindən ildə 150 min manat pul alması məsələsi var.

Təsəvvür edin, Müdafiə Nazirliyinin mayoru 12 min manat üçün banka müraciət edir, kredit alır. Onun rayonundan deputat olan şəxs isə zabitin tabe olduğu nazirlikdən ildə bu məbləğin 15 mislini “otkat” kimi qəbul edir. Özü də Elmira Axundova bunu açıq şəkildə deməkdən də çəkinmir.

Ortada səs yazısı var. Onun adı keçən dələduzluq işində ittiham aktına əlavə olunan səs yazısı Elmira Axundovanın həbsi üçün əsas ola bilər.

Əlbəttə ki, bu məsələ də digər məsələlər kimi araşdırılmalıdır. Elmira Axudnovanın 1 milyon qarşılığında səfir göndərilməsi məsələsi də bu günə qədər açıq olaraq qalır.

Belə reputasiyalı birinin Azərbaycanın təmsilçisi olması özü də bir rüsvayçılıqdır. Azərbaycanın hüquq-mühafizə orqanları nəhayət ki, bu məsələləri araşdırmalıdır.

Araşdırmanın digər bir önəmli tərəfi isə Müdafiə Nazirliyindən sabiq deputat ilə qara sövdələşməni edən tərəfləri araşdırmaqdır. 

Elmira Axundovanın özünün etiraf etdiyi səs yazısını da təqdim edirik:

Elmira Hüseyn qızı Axundovanın varidatın siyahısına da nəzər salaq:

“Toyota Prado” minik avtomobili, ili 2015, nömrə nişanı Az 90 HH 111, alış tarixi 28.07.2015.

“AUDI Q 7″ minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050 30.05.2013.

Bundan əlavə, Elmira Axundovanın adına:

Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi 146/ Kapitanski 146 ünvanında 2 mərtəbəli fərdi yaşayış evi

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 60 mənzil 57 – 4 otaqlı, 185 kv.m

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi.

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj;

Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri bir neçə milyon olan 6 mərtəbəli ofis,

8 . Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi,

“Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri,

Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi.

Bu geniş ictimaiyyətə bəlli olan mal-mülkdür.

Axundovanın deputatlığı dövründə oğlu Həbib Axundov da kosmik sürətlə varlanıb. Yeri gəlmişkən qeyd edək ki, Axundovların varlanması adlarının hallandığı çoxmilyonluq dələduzluq olayının baş verdiyi tarixlərdən sonraya təsadüf edir.

Həbib Axundovun adına olan əmlakların siyahısını təqdim edirik:

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində 4 mərtəbəli ofis,

“Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri.

Bunlar isə Həbib Axundovun maşın kolleksiyasıdır:

“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 10 HH 111, alış tarixi 19.05.2014,

“Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 XX 111. Alış tarixi 02.07.2014.

5 .”Porsche Panamera” minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 RR 111, alış tarixi 15.02.2014,

6 .”Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 90 CF 900, alış tarixi 03.10.2013.

K-45 adlı ABB 1278 bort nömrəli “Yamaha 242 Limited S” tipli gəzinti kateri – yaxta 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Həbib Axundovun adına dövlət qeydiyyatına alınıb.

Bundan başqa, Həbib Axundov bir neçə skuterə də sahibdir.

Bu, tam siyahı deyil.

Elmira Axundovanın oğlunun adı dələduzluq işi ilə yanaşı, model Günel Mirzəyevanın müəmmalı ölüm işində də qırmızı xətlə keçir. 

Günel Mirzəyeva Həbib Axundovun “Yamaha 242 Limited S” tipli yaxtasında açıq dənizə çıxıb və boğularaq ölüb. Bu müəmmalı ölüm Günel Mirzəyevanın həyat yoldaşı ilə boşanma ərəfəsində olduğu günlərdə baş verib. Model xanımı məhkəmədə təmsil edən də Elmira Axundovanın vəkili Rövşən Yusifov olub. Üstəlik, suda boğularkən Günel Mirzəyevanın hamilə olması haqda da bilgilər var.

Həyat yoldaşı ilə boşanmaq üçün məhkəməyə üz tutan bir qadının hamiləliyi də maraqlı suallar ortaya çıxarır. Həbib Axundovun Günel Mirzəyeva ilə sıcaq münasibətlərinin olduğu bir vaxtda onun yaxtasında açıq dənizə çıxaraq batması bu günə qədər müəmmalı olaraq qalıb.

Artıq bu məlumatların araşdırılması zamanı çatıb…

Elmira Axundova və oğlu Həbib Axundovun Binəqədi məhkəməsindən istədiyi də bu idi ki, bu məlumat və faktların araşdırıla biləcəyi məhkəmə işlərinə, ümumiyyətlə, baxılmasın. Lakin iddia qanunsuz və əsassız olduğuna görə rədd olunu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151108

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930