Hakim İman Nağıyevin oğlunun biznes dünyası: Qubada otel və restoran tikdirib

31.01.2024 - 14:47

Azərbaycanda məmur övladlarının biznes sahəsi ilə məşğul olması barədə mətbuatda çoxsaylı məlumatlara rast gəlmək olar. Bu məmur övladları valdeynlərinin rahat şəkildə əldə etdikləri pullar hesabına rahat biznes sahələri yaradırlar. AzFakt.com-un əldə etdiyi məlumata görə belə məmurlar övladlarından biri də Bakı Apelyasiya Məhkəməsinin keçmiş sədri İman Nağıyevin oğlu Rüstəm Nağıyevdir. Mötəbər mənbədən əldə etdiyimiz məlumata görə Rüstəm Nağıyev Quba rayon Qəçrəş kəndində dəyəri bir neçə milyon manat olan otel və restoran biznesinə sahibdir. Belə ki, Rüstəm Nağıyev Quba rayonunun ən prestijli zonası olan Qəçrəş kəndində 1,2 hektar ərazidə tikinti sahəsi 1144 kvadrat olan 2 mərtəbəli otel inşa etdirib.

Rüstəm Naığyevin Qubadakı mülkü bununla bitmir. O, tikinti sahəsi 668 kvadrat metr olan daha bir restoran inşa etdirib. Bu restoran bir mərtəbədən ibarətdir. 1.2 hektar ərazidə yerləşən və ümumi sahəsi 4200 kvadrat olan otel və restoranın hazırkı bazar qiyməti bir neçə milyon manata dəyərləndirilir. Ümumi sahəsi 857 kvadrat olan obyektin hazırkı bazar qiymətinin 1 milyon manatdan çoxdur.Qeyd edək ki, Rüstəm Nağıyevin atası İman Nağıyev uzun müddət məhkəmə-hüquq sistemində yüksək vəzifələrdə çalışıb. İman Nağıyev 2000-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2007-ci 2021-ci ilə qədər Bakı Apelyasiya Məhkəməsinin sədri vəzifəsində çalışıb. Həmçinin 2005-2023-cü illərdə Hakimlərin Seçki Komitəsinin sədri vəzifəsində işləyib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Short URL: https://www.cumhuriyyet.net/?p=198297

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31