“Azərenerji”yə yeni rəhbər təyin olunub
Prezident İlham Əliyev Baba Rzayevin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Cumhuriyyet.net xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Qeyd edək ki, indiyədək “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsini Etibar Pirverdiyev tuturdu.
Short URL: https://www.cumhuriyyet.net/?p=122299