Trampın təhlükəsizlik müşaviri Bakıya gəlir – Təcili

08.10.2018 - 13:50

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, Tramp administrasiyasının  sərt və aqressiv xarici siyasət tərəfdarı olan ən yüksək rütbəli məmuru Con Bolton Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfər edəcək.

Virtualaz.org xəbər verir ki, bu məlumatı erməni politoloq Suren Sərkisyan özünün Facebook səhifəsində açıqlayıb.

Onun bildirdiyinə görə, səfər Con Boltonun özünün təşəbbüsü ilə baş tutacaq. “Vaşinqtonun ən nüfuzlu adamlarından biri iki həftə sonra (əgər nəsə dəyişməsə) Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Ermənistan üçün bu ikitərəfli münasibətlərə dair gündəmi dəyərləndirmək üçün müstəsna imkandır”-Suren Sərkisyan yazıb.

Ekspert əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan və Gürcüstan Vaşinqtonla daha dərin əməkdaşlıq qurur. Onun fikrincə erməni tərəfi Boltonun köməyi ilə “bir sıra ciddi məsələləri” həll edə bilər. Sərkisyana görə Boltonun səfəri nadir imkandır, hansı ki, “özü öz ayağı ilə Yerevana gəlir”.

“Baş nazirin aparatı və XİN Boltonla çox fəal işləyə bilər”-erməni politoloq yazıb.

Suren Sərkisyan “Sputnik”ə açıqlamasında bu məlumatı şərh edərkən deyib ki, Trampın müşavirinin səfərində əsas müzakirə mövzularından biri İran olacaq. Bolton İrana qarşı barışmaz mövqeyi ilə tanınır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123509

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031