Ermənilər Ağdərədə SES tikir – Qərbin puluyla…

14.11.2018 - 15:26

 

 

 

 

 

 

 

Avropalı investorlar Azərbaycanın işğal altındakı Sərsəng su anbarı yaxınlığında tikiləcək yeni anbar üçün 100 milyon dollar pul ayırıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qarabağ separatçılarının nümayəndəsi Araik Arutyunyan məlumat verib.

100 milyon dəyərində olan proqramın icrasının tezliklə başlayacağını bildirən Arutyunyan qeyd edib ki, nəzərdə tutulmuş anbar Sərsəngin sağ sahilində qurulacaq.

O, bu barədə razılaşmanın Avropaya səfəri zamanı əldə edildiyini də diqqətə çatdırıb.

Arutyunyanın sözlərinə görə, tikinti işləri bir neçə il davam edəcək, bu su anbarı Ağdərə (Martakert) rayonunun mərkəzini içməli su ilə təmin edəcək: “Bu günlərdə avropalı sərmayədarlardan ibarət nümayəndə heyəti Qarabağda proqramın texniki detalları və onun icrasının vaxtını müzakirə edirlər”.

Qeyd edək ki, investisiya layihəsi həmçinin işğal altındakı Qarabağda yeni elektrik stansiyasının tikintisini də nəzərdə tutur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=124587

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930