Mustafa Hacıbəyliyə cinayət işi qaldırıldı

01.12.2018 - 11:47

“Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyliyə Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb.

Müsavat Partiyasının məlumatına görə, Mustafa Hacıbəyli noyabrın 30-da Bakı Şəhər Prokurorluğunun müstəntiqi Elçin Musayevin çağırışı ilə həmin qurumda olub.

Cinayət işi barəsində jurnalistə orda məlumat verilib.

Mustafa Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır.

Prokurorluq həmçinin Mustafa Hacıbəyli haqqında polis nəzarətinə götürmə tədbiri seçib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Mustafa Hacıbəyliyə cinayət işi açılmasını hakimiyyətin partiyaya qarşı basqısı kimi dəyərləndirib. O, jurnalistin başqa KİV-lərdə yayılmış məlumatları təkrar yaymasına görə, ittiham edildiyini vurğulayıb:

“Ölkədə baş verən, hər kəsə bəlli olan hadisə, həbs edilən müxalifətçilər barədə məlumat vermək cinayət hesab olunub. İlkin mənbə və müəlif hüququna malik qurumdan, hətta izahat alınmadığı halda, bu yazıları istinad edərək dərc edən saytın baş redaktorunun ağır çinayətdə ittiham olunması Azərbaycan mühakimə sistemi üçün də əndazəni aşan davranışdır”.

Bu gün, noyabrın 30-da daha bir jurnalistə, criminal.az saytının baş redaktoru Anar Məmmədova da ittiham elan edilib, barəsində polis nəzarətinə verilmə tədbiri seçilib. Ona qarşı irəli sürülən ittihamların ağırlaşdırıldığı bildirilib.

Anar Məmmədov barəsində də Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125138

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31