Bakıda: uşaq qrildən zəhərlənib öldü, ana komaya düşdü

03.12.2018 - 10:31
Bakıda bir ailənin üzvləri zəhərlənib.  Cumhuriyyet.net xəbər verir ki, hadisə dekabrın 1-i səhər saat 09 radələrində baş verib.
Keşlə qəsəbəsi, M.Ağayev küçəsində yaşayan 10 yaşlı Mərdanzadə Fateh Murad oğlu və onun atası Mərdanov Murad Əsgər oğlu, anası Mərdanova Məlahət Çingiz qızı zəhərləniblər.  Azyaşlı Fateh evdə vəfat edib, valideynləri isə xəstəxanaya yerləşdiriliblər. M.Mərdanovanın komada olduğu bildirilir.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Zəruri istintaq hərəkətləri aparılıb, iş üzrə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.
Onların zəhərlənməsinin səbəbi ekspertizanın nəticəsindən sonra bəlli olacaq. Lakin ailəyə yaxın şəxslərin verdiyi məlumata görə, onlar qrildən zəhərləniblər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125164

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930