AP Moskvanın “Şimal axını-2” layihəsinə qadağa qoydu

13.12.2018 - 13:32

Avropa Parlamenti üzv ölkələrin ərazisində “Şimal axını -2” qaz kəmərinin çəkilişini dayandırmaq barədə qətnamə qəbul edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu qərar Ukraynaya dəstək üçün Strasburqda keçirilmiş sessiyada qəbul olunub. İclasda “Şimal axını-2” Rusiyanın siyasi layihəsi adlandırılıb. Sənəddə deyilir ki, Ukrayna Avropanın enerji təminatı üçün “açar rol” oynayır: ““Şimal axını-2” layihəsi Avropanın təhlükəsizliyinə və enerji mənbələrinin diversifikasiyası üçün təhdid yaradır. Avropa Parlamenti bu layihənin ləğv edilməsini tələb edir”.

Qətnamənin lehinə 433, əleyhinə 105 deputat səs verib.

Qeyd edək ki, Rusiyanın dəstək verdiyi bu layihə rus qazını Baltik dənizi vasitəsi ilə Almaniyaya nəql etməyi nəzərdə tutur. Bu layihəyə Almaniya və İsveç dəstək verib. Danimarka isə hələ mövqeyini açıqlamayıb.

Qəbul edilən qətnaməyə Rusiyadan ilk reaksiyanı Federasiya Şurasının üzvü Aleksey Puşkov verib. O bu qətnamənin, ABŞ-ın Almaniyaya qarşı təzyiqlərinin nəticəsi olduğunu bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125513

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930