Qaşıqçıya görə 5 nəfər edam ediləcək

03.01.2019 - 15:22

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçını öldürənlərdən 5-i edam ediləcək.

Unikal.org xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistan Baş Prokurorluğu məlumat yayıb. Məlumatda qeyd edilir ki, Camal Qaşıkçının öldürülməsində iştirak edən 11 şübhəlinin 5-nin edam edilməsini istəyib.

Səudiyyə Ərəbistanı Baş Prokurorluğu noyabr ayında Səudiyyə jurnalist Camal Qaşıqçının öldürülməsinə görə, 21 adamın cinayətdə adı hallandığını, ancaq 11 adamın cinayətdə günahlandırıldığını qeyd edib. Digərlərinin cinayəti isə sübuta yetirilməyib. Cinayətin sifarişçiləri olan əsas 5 nəfərin isə edam edilməsi tələb edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı vətəndaşı, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra öldürülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126120

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930