Gürcüstanda “donuz qripi”: 8 ölü

04.01.2019 - 14:28

Gürcüstanda H1N1 virusuna (“donuz qripi”) yoluxmadan ölənlərin sayı 8 nəfərə çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, H1N1 virusu diaqnozu ilə Tbilisinin İnqorovka xəstəxanasında müalicə olunan gənc öülb.

Pasiyentin “donuz qripi”ndən ölməsi laborator şəraitdə təsdiq olunub.

Xəstəxanadan bildirilib ki, təxminən 30 yaşda olan gənc iki gün tibbi müəssisədə müalicə alıb, lakin onun vəziyyəti çox ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.

H1N1 virusundan daha bir nəfərin də öldüyü bildirilir.

Gürcüstanın səhiyyə naziri David Sergeenko deyib ki, ölkədə qripə yoluxma halları çoxalsa da, təlaş üçün heç bir əsas yoxdur: “Bizdə epidemiya yoxdur, bizdə yalnız yoluxma halları artıb”.

Qeyd edək ki, Gürcüstanda bu günə qədər H1N1 virusundan ölənlərin sayı 6 nəfər təşkil edib. Ölüm hallarının 4-ü Acarıstan Muxtar Respublikasında qeydə alınıb. Hazırda muxtar respublikda uşaqlar da daxil olmaqla təxminən 130 nəfər qrip virusundan xəstəxanada müalicə olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126152

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031