Başına 5 milyon qoyulmuş terrorçu öldürüldü

07.01.2019 - 10:11

ABŞ prezidenti Donald Tramp “Əl-Qaidə” terrorçusu Camal Əhməd Məhəmməd Əli əl-Bədəvinin zərərsizləşdirilməsini təsdiqləyib. Bu barədə Amerika lideri özünün “Twitter” səhifəsində yazıb.

“Bizim çox gözəl hərbçilərimiz “Koul” esminesinə qorxaq hücum zamanı həlak olan və zərər çəkən qəhrəmanlarla bağlı ədaləti bərpa etdilər. Biz indi bu hücuma rəhbərlik etmiş Camal əl-Bədəvini öldürdük. “Əl-Qaidə”yə qarşı işimiz davam edir”, – deyə Tramp yazıb.

Əl-Bədəvi FTB-nin ən çox axtardığı terrorçulardan biri hesab edilirdi. Onun tapılması üçün informasiya verən şəxsə 5 milyon dollar mükafat vəd olunmuşdu.

Əl-Bədəvi 18 il əvvəl Yəməndə, Ədən şəhərinin limanında ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin gəmisinin partladılmasında iştirak edib. Partlayış nəticəsində 17 dənizçi həlak olub, onlarla insan yaralanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126180

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930