Bakı və İrəvan arasında “5+2″ anlaşması…?

28.01.2019 - 09:16

Rus politoloqlar Qarabağla bağlı sülh sazişinin vaxtını açıqlayırlar, Azərbaycanda isə…

Tezliklə Bakı və İrəvanın Qarabağ münaqişəsi ilə bağlı anlaşma imzalaya biləcəkləri haqqında Rusiyanın tanınmış politoloqları açıqlamalar veriblər. Ötən həftə rusiyalı politoloq Stanislav Tarasov bildirib ki, erməni tərəfi təzyiq altında bir neçə rayonu güzəştə getməyə məcbur olacaq. Və bu iyunda baş verəcək.

Digər rusiyalı politoloq Modest Kolerov isə Ermənistanla Azərbaycan arasında anlaşmanın fərqli zamanda baş verəcəyini söyləyib. O hesab edir ki, anlaşma artıq mart ayında imzalanacaq və razılaşma sənədi çoxdandır ki mövcuddur. Beynəlxalq Avrasiya hərəkatının lideri, siyasi elmlər doktoru və publisist, həmçinin “Kremlin ideoloqu” adlandırılan Alensandr Duqin isə media.az-a müsahibəsində hadisələrin bu cür inkişafının mümkün olduğunu bəyan edib: “Məsələ bundadır ki, Rusiya ilə Azərbaycanın mövqelərində müəyyən əlaqə və ardıcıllıq var. Rusiya burada passiv müşahidəçi yox, həll prosesinin aktiv iştirakçısıdır. Moskva ilə Bakı arasında əvvəlcə Dağlıq Qarabağ ətrafındakı beş və sonra daha iki rayonun qaytarılması məsələsi ilə bağlı qarşılıqlı anlaşma var. Bu Ermənistanın əvvəlki rəhbərliyi ilə razılaşdırılmışdı”.

Həmsöhbətin sözlərinə görə, dəyişən yalnız Nikol Paşinyanın mövqeyi olub: “O, hakimiyyətə böyük ölçüdə antirus, milli, liberal və qərbmeyilli dalğaların üzərində gəlib. Lakin bir siyasətçi kimi Paşinyan anlayır ki, Qarabağ məsələsində əvvəlki Ermənistan hakimiyyəti ilə razılaşdırmaların inkar edilməsi onun özünə mənfi təsir göstərəcəkdir”.

Duqin ile ilgili görsel sonucu

A.Duqin hesab edir ki, Nikol Paşinyanın Qarabağ anlaşmaları ilə bağlı artıq bu yazda daha rasional mövqe tutacağını güman etməyə imkan verən bir sıra amillər mövcuddur: “Moskva və Bakının mövqeləri möhkəmdir və hər hansı bir dəyişikliyi nəzərdə tutmur. Bu zəmində, təkrar edirəm ki, mən ən qısa zamanda beş, və daha sonra iki rayonun Azərbaycana qaytarılması haqqında razılaşmanı istisna etmirəm. Bundan sonra isə yeni mərhələ başlayacaq”.

O, “yeni mərhələ”nin nə demək olduğu barədə isə danışmayıb.

Bəs, rus politoloqların bəyanatlarına inanmağa dəyərmi, yoxsa ciddi əsası yoxdur? Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını dedi: “Azərbaycan tərəfi Ermənistanın, xüsusən Paşinyanın heç bir real danışıqlara hazır olmadığını gözəl başa düşür. Əgər biz bunu başa düşürüksə, dəqiq deyə bilərəm ki, Azərbaycan rəhbərliyi də bunu yaxşı bilir. Amma bu görüşlərdə öz mövqeyini təbliğ etmək üçün deyir ki, mən hər bir görüşə hazıram, lakin görürsünüzmü, bunlar boş-boş söhbətlərdir. Necə ki, bundan qabaq Serj Sərkisyan boş-boş söhbətlər aparırdı, indi də Paşinyan bu mövqeyi davam etdirmək niyyətindədir. Ermənistandan başqa digər qüvvələr, Rusiyadakı dairələr də, Minsk Qrupunun üzvləri də vəziyyəti elə göstərmək istəyirlər ki, guya danışıqlarda nəsə baş verib, hansısa müzakirələr var. Stanislav Tarasov və digər rus politoloqların da açıqlamalarına bu prizmadan yanaşıram. Biz başa düşməliyik ki, bu bəyanatlar həqiqətə uyğun deyil. Çünki ortadakı danışıqlarda heç nə yoxdur”.

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

T.Zülfüqarov bildirdi ki, ABŞ münaqişənin həllinin vacib olduğunu Paşinyana başa salmağa çalışır, amma məsələnin həllində təkcə bu mövqe həlledici deyil: “Müxtəlif kanallarla bu mövqe Paşinyana çatdırılıb. Yəni əgər sən istərsənsə Qərbpərəst siyasət yürüdəsən, Qərbə yaxın olasan, onda bu işləri görməlisən. Yəni quru-quru bəyanatlar və Qərblə Rusiyanın qarşıdurması şəraitində hansısa dividentlər götürməyin mümkün deyil. O baxımdan bu, Ermənistan rəhbərliyinə çox ciddi siqnaldır. Çünki onların hakimiyyətə gəlişinin əsas prinsiplərindən biri bundan ibarət olub ki, biz Rusiyadan ayrılıb Qərb sivilizasiyasına yaxın olacağıq. İndi burda onların Qərb sivilizasiyasına yaxın olmasının qiyməti çox ciddi şəkildə verilir. Yanaşma da ondan ibarətdir ki, sən bu qiyməti ödəyəcəksən. Sən işğal olunmuş torpaqları azad etməlisən. Ona görə də bu və ya digər vasitə ilə belə görüntü yaratmaq istəyirlər ki, guya bu gün-sabah nə isə olacaq, sülh sazişi imzalanacaq, 3-5 rayonu qaytarırlar və sair. Ermənistan bir müddət də prosesi bu cür uzatmağa, süni vaxt qazanmağa çalışır. Diqqət etsəniz, görəcəksiniz ki, həmişə bizim ictimaiyyətə qarşı bu oyunları oynayırlar. Amma mən hesab edirəm ki, indi bunların heç bir faydası yoxdur. Çünki ictimaiyyət bunlara inanmır. Artıq rusiyalı analitiklərin də hansısa açıqlamalarına cəmiyyətdə əvvəlki münasibət qalmayıb”.

Ä°lgili resim

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Qarabağ məsələsi ilə bağlı hansısa hələlik tam açıqlanmayan prosesin getdiyini söyləmək mümkündür: “Böyük ehtimalla adıçəkilən rus politoloqlar da buna və başqa informasiyalara əsaslanıb açıqlamalar verirlər. Belə görünür ki, onlarda o dərəcədə müfəssəl informasiyalar var ki, sülh sazişi barədə hətta konkret vaxt söyləməkdən belə çəkinmirlər. Sülh sazişində nələrin nəzərdə tutulacağı barədə isə ətraflı nə isə danışmırlar. Əvvəlki dövrlərdə də bu cür nikbin tonda açıqlamalar olub. Lakin proses dayanıb və verilən proqnozlar reallaşmayıb. Bu dəfə də belə olub-olmayacağını yaxın zamanlarda biləcəyik”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=126516

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930