“”Diqlas”dakı kimi bizim də malımız “Karvan”da yanıb,amma 6 ildir pulumuzu ala bilmirik”-PREZİDENTƏ MÜRACİƏT(VİDEO)

30.03.2019 - 17:40

“Hörmətli redaksiya, bizim külli miqdarda maddi zərərə düşməyimiz haqda şikayətlərimiz dəfələrlə mətbuatda işıqlansa da , bu barədə 6 il ərzində müraciət etmədiyimiz qurum,məsul şəxs  qalmasa da, şikayətlərimizin çəkisi fantastik dərəcəyə- 15 kq-a çatsa da problemimiz öz həllini tapmır. 2013-cü ilin oktyabrında “Karvan” Ticarət Mərkəzində baş verən dəhşətli yanğın zamanı bizə-Sumqayıt sakinlərinə- Şirəli Əsgərova 170 min, Füzuli Quliyevə 55 min(ümumilikdə 225 min manat) zərər dəyib və zərərin miqdarı məhkəmə tərəfindən rəsmən təsdiqlənib. Ancaq buna baxmayaraq “Karvan”ın icraçı direktoru Kamil Əhədov ədalətsiz olaraq bizə dəyən zərəri indiyəcən də min bir bəhanə  ödəmək istəmir”.Bu sözlər cumhuriyyet.net-ə müraciət edən sahibkarlara aiddir.

Daha sonra  daxil olan müraciətdə deyilir: “Saytınız vasitəsilə cənab prezident İlham Əliyevə  müraciət edərək bildirmək istəyirik ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov da  səyyar görüşdə  söz verdi ki,ziyanınız ödəniləcək,amma sonradan o da bildirdi ki, o heç nə edə bilməz,problemi həll etməyə gücü çatmır.

Mallarımız yananacan biz ticarətlə məşğul olub dolanışığımız təmin edirdik. Lakin yanğın nəticəsində bizə dəyən ziyandan sonra maddi durumumuz hədsiz dərəcədə pisləşib,banklara olan külli miqdarda borcumuzu ödəyə bilmirik və hal-hazırda acınacaqlı vəziyyətdəyik.  Sizin martın 26-da Bakının Nizami rayonu  ərazisindəki “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində sahibkarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi haqda operativ qərarınız çox humanist addımdır. Bu qərarınızla  siz sübut etdiniz ki,dövlət bütün hallarda vətəndaşın yanındadır , prezident olaraq vətəndaşların problemlərinə çox həssas yanaşırsınız , laqeyd qalmırsınız , tez bir zamanda reaksiya verirsiniz və hamının prezidentisiniz. Amma nə səbəbdənsə illərdir sizə və vitse-prezident xanım Mehriban Əliyevaya etdiyimiz minlərlə müraciətlərə indiyəcən müsbət reaksiya verilməyib.

Biz də istərdik ki,siz “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarlar kimi bizim ailələri də sevindirəsiz və bizə dəyən ziyanın  ödənilməsi  üçün tədbir görülməsinə göstəriş verəsiniz!Bizə dəyən  ziyan özü də rəsmən məhkəmə tərəfindən tanınıb və  ziyanın miqdarı “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarların mallarından fərqli olaraq dəqiq müəyyən  edilib,ziyanın kimin ödəməli olması da məlumdur-bu “Karvan” ticarət mərkəzinin rəhbərliyidir . Hansı ki,bizim malların təhlükəsizliyinə cavabdeh idi.Bununla bağlı o zaman cinayət işi də açılmışdır.Biz də Azərbaycan vətəndaşıyıq və hüquqi dövlətdə yaşadığımızdan istəyirik ki,hüquqlarımız təmin olunsun,bizə dəyən ziyan ödənilsin!Maddi,mənəvi sıxıntı keçirən zərərçəkən vətəndaş kimi  sizdən bu məsələni öz nəzarətinizə götürmətinizi xahiş edirik!”

II qrup əlil Füzuli Quliyev-(055) 642 42 69

İcarədar Əsgərova Töhfənin nümayəndəsi, Qarabağ veteranı Şiralı Əsgərov -(050) 399 81 77

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=127732

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930