Nüvə raketlərinin saxlandığı obyektdə partlayış: Rusiyanın hərbi poliqonlarında nə baş verir?

08.08.2019 - 19:32

Xəbər verildiyi kimi, Rusiyanın Arxangelsk vilayətindəki hərbi hissələrin birində partlayış baş verib. Nəticədə iki şəxsin həlak olduğu, 6 nəfərin isə yaralandığı bildirilir.

“Mash” Telegram kanalının hadisə şahidlərinə istinadən verdiyi məlumata əsasən insident Nenoksa yaşayış məntəqəsində törəyib.

Burada Rusiya Hərbi-dəniz qüvvələrinin “Nenoksa” Mərkəzi raket poliqonu yerləşir. Poliqonda atom sualtı qayıqları üçün nəzərdə tutulan ballistik raketlərin sınaqları keçirilir.

Təcili yardım xidmətləri Nenoksada radiasiyanın dərəcəsini artdığını müşahidə ediblər. Radioaktiv sızıntı qonşuluqdakı Severodvinsk şəhərindəki göstəriciləri belə, hərəkətə gətirib.

Burada adi dərəcədən yuxarı istənilən sızma avtomatlaşdırılmış sistemdə dərhal həyəcan siqnalı verir.

“RİA Novosti “agentliyinin xəbərində reaktiv mühərrik qurğusunda sınaqlar zamanı yanğın çıxdığı qeyd edilir. Gələn mənbələrdə partlayışın gəmilərdən birində baş verdiyi qeyd olunub.

“Baza” telegram-kanalın verdiyi məlumatda isə “09703” saylı hərbi hissədə iki nəfərin deyil, 3 hərbi qullluqçunun həlak olduğu deyilir. Bundan başqa 15 nəfərin ağır yaralandığı bildirilib.

Onlardan 8 nəfərinin vəziyyətinin ağır olduğu söylənilir. (Musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=131891

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930